Məhkəmə qərarları › İş №e-2(013)-2684/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-2684/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-2684/2025 23.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbi barədə mülki işə 23 dekabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ləğv prosesində olan İddiaçı ASC rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı Cavabdeh2 24 ay müddətinə, illik 30 faizlə, 12700 ABŞ dolları kredit vermişdir. xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 1 nömrəli əlavə sazişə əsasən 8943,6 ABŞ dolları kredit qalığı restrukturizasiya olunaraq xx.xx.2017-ci il tarixədək ödəməsini Cavabdeh2 öz üzərinə götürmüşdür. xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 nömrəli əlavə sazişə əsasən 16134,71 ABŞ dolları kredit qalığı restrukturizasiya olunaraq xx.xx.2022-ci il tarixədək, illik 8 faizlə ödəməsini Cavabdeh2 öz üzərinə götürmüşdür. Öhdəliyin icrasını təmin etmək üçün iddiaçı ilə digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 arasında xx.xx.2014-cü il və xx.xx.2017-ci il tarixlərdə zaminlik müqavilələri bağlanmış, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh2 bank qarşısında olan öhdəliklərini icra etməyəcəyi təqdirdə özünün icra edəcəyini üzərinə götürmüşlər. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 öhdəliklərini icra etmədiklərini qeyd etməklə, 3748,35 ABŞ dolları əsas, 1218,15 ABŞ dolları faiz, 7803,50 ABŞ dolları cərimə, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 538,72 ABŞ dolları faiz - cəmi 13308,72 ABŞ dolları borcun və ödənilmiş 157,88 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə və bankla cavabdehlər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişini ünvanlayaraq işə iştirakı olmadan baxılaraq həmin sazişin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına təkrarən gəlməmişlər. Məhkəmə həmin cavabdehlərin iclasa gəlməmələrinin səbəbini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin surətindən görünür ki, Cavabdeh1 ilkin olaraq 1000 manat ödəməklə bundan sonra qalan 6400 manat məbləği ödəməsi üçün Cavabdeh1 20 ay möhlət verilir, Cavabdeh1 2025-ci ilin dekabr ayından başlayaraq hər ay 320 manat ödəməyi öhdəsinə götürür, ardıcıl olaraq 2 ay ərzində və ya hər hansı ardıcıllıqla üç dəfə və ya vaxtında və lazımi qaydada icra etmədikdə pul məbləği cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutulacaqdır. Məhkəmədə elan olunmuş xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 24 ay müddətinə, illik 30 faizlə, 12700 ABŞ dolları kredit verilmişdir. xx.xx.2015-ci il tarixli 1 nömrəli əlavə sazişin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 verilmiş kreditin qalığı olan 8943,6 ABŞ dolları restrukturizasiya edilərək xx.xx.2017-ci il tarixədək ödəməsini Cavabdeh2 öz üzərinə götürmüşdür. xx.xx.2017-ci il tarixli 2 nömrəli əlavə sazişin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 verilmiş kreditin qalığı olan 16134,71 ABŞ dolları restrukturizasiya edilərək xx.xx.2022-ci il tarixədək, illik 8 faizlə ödəməsini Cavabdeh2 öz üzərinə götürmüşdür. xx.xx.2014-cü il və xx.xx.2017-ci il tarixli zaminlik müqavilələrinin surətlərindən görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh2 öhdəliklərini icra etməyəcəyi təqdirdə sonuncunun bank qarşısında olan öhdəliklərini tamamilə icra etmələrini öz üzərlərinə götürmüşlər. İddiaçı tərəfin təqdim etdiyi arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixə iddiaçıya olan borcu 3748,35 ABŞ dolları əsas, 1218,15 ABŞ dolları faiz, 7803,50 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 538,72 ABŞ dolları faiz təşkil edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməklə mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsində qeyd olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış Cavabdeh1 ilkin olaraq 1000 (bir min) manat ödəməklə bundan sonra qalan 6400 (altı min dörd yüz) manat məbləği ödəməsi üçün Cavabdeh1 20 ay möhlət verilməsi, Cavabdeh1 2025-ci ilin dekabr ayından başlayaraq hər ay 320 manat ödəməyi öhdəsinə götürməsi, ardıcıl olaraq 2 ay ərzində və ya hər hansı ardıcıllıqla üç dəfə və ya vaxtında və lazımi qaydada icra etmədikdə pul məbləğinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutulması şərti ilə bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilərək iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbi barədə 2(013)-2684/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar