Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-271/2024 22.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə 7368.37 manat və ödənilmiş 60 manat mediyasiya xərci və 44 manat dövlət rüsumunun iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 izahatında iddianı müdafiə edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli müqaviləsi ilə onun satıcı kassir vəzifəsinə işə qəbul edilməsini, xx.xx.2022-ci il tarixli 336 saylı əmrlə administrator vəzifəsinə keçirilməsini və «X6» haqqında müqavilə imzalanmasını, xx.xx.2022-ci il tarixli 541 saylı əmrlə işdən azad edilməsini, Cavabdeh xx.xx.2022-ci il tarixindən İddiaçı MMC-nin- OBA Ağdam 4 magazasında çalışdıgı zaman aparılmış inventarizasiya nəticəsində cavabdeh zərər vurması müəyyən edildiyini, xx.xx.2022-cu il tarixli «İnventarizasiya Nəticələrinə» dair Akta əsasən yekun ziyan məbləğinin 6445.32 manat və həmçinin 923.05 manat kassa kəsirinin olmasını, nəticədə cavabdehin ümumilikdə 7368.37 manat borcu olmasını və həmin məbləğin hələ də cavabdeh tərəfindən ödənilmədiyini, borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsədə heç bir nəticə əldə edilmədiyini bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul edərək, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin- OBA Ağdam 4 magazasında satıcı kassir vəzifəsinə işə qəbul edilməsini, 5 ay sonra isə administrator vəzifəsinə keçirilməsini və «X6» haqqında müqavilə imzalanmasını, xx.xx.2022-ci il tarixdə işdən azad edilməsini, aparılmış inventarizasiya nəticəsində 7368.37 manat zərərin olmasının müəyyən edildiyini, lakin onun həmin ziyandan xəbəri olmadığını bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını və çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 073 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh – Cəmiyyətin Satış Əməliyyatları X3 Şəbəkəsinə xx.xx.2022-ci il tarixdən Satıcı kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 336 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh – Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin xx.xx.2022-ci il tarixdən Administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixində Cavabdeh 6445.32 manat çatışmazlığı və həmçinin 923.05 manat kassa kəsirinin olması müəyyən edilmişdir. Beləliklə Cavabdeh xx.xx.2023-cü il tarixinə ümumilikdə borcu 7368.37 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, «Piersack Belçikaya qarşı» işüzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, «X4rşı» işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bununla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 7368.37 manat məbləğində pul vəsaiti İddiaçı MMC–nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 60 manat mediyasiya xərci, 44 manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 60 manat mediyasiya xərci, 44 manat dövlət rüsumu iddia təmin edildiyindən cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə 7368.37 (yeddi min üç yüz altmış səkkiz manat otuz yeddi qəpik) manat məbləğində pul vəsaiti, mediyasiya üçün ödənilmiş 60 (altmış) manat və 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Oba Market” MMC-nin bank hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-271/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-271/2024
22.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver