Məhkəmə qərarları › İş №e-2(013)-2823/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2823/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2823/2025 22.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlu, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borc” tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borc” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 2022-00115-060 saylı kredit müqaviləsinə əsasən 1433 manat əsas, 0 manat faiz, 0 manat cərimə borcu olmaqla, cəmi 1433 (min dörd yüz otuz üç) manat pul və dövlət rüsumu kimi ödənilmiş 34,33 (otuz dörd manat otuz üç qəpik) manatın "xxxx" MMC-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC tələbini onunla əsaslandırmışdır ki, 19 yanvar 2022-ci il tarixdə Cavabdeh ərizə ilə İttifaqa müraciət edərək kredit verilməsini xahiş etmiş, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022-00115-060 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 32% kreditdən istifadəyə haqq ödəmək şərti ilə 4000 manat məbləğində istehlak üçün kredit verilmiş, kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh hər təqvim ayının müvafiq tarixində həmin kredit məbləğini kreditora hissə-hissə ödəməli, həm kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Eyni zamanda həmin tarixdə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Zamin1 və Zamin2 oğla ilə zaminlik müqaviləsi bağlanmış, zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Zamin1 və Zamin2 zamin qismində kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə borcalanala birgə məsuliyyət daşıyırlar.Cavabdeh 18 avqust 2025-ci il tarixə "xxxx" MMC-yə 4000 manat əsas kredit borcu, 1280 manat məbləğdə faiz borcu, 793 manat hər gecikdirilmiş günə görə hesablanmış cərimə borcu yaranmışdır. Cavabdeh tərəfindən İttifaqa ödənilmiş 4640 manat məbləğində ödəniş ilk olaraq cərimə məbləğindən, daha sonra faiz və əsas məbləğindən çıxılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini İttifaq qarşısında tam icra etməyən Cavabdeh 18 avqust 2025-ci il tarixə iddiaçıya 1433 manat əsas kredit borcu, 0 manat məbləğində hesablanmış faiz borcu, 0 manat cərimə borcu, cəmi 1433 manat borcu mövcuddur. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir va kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tələb təmin edilməlidir. xx.xx.2022-ci il tarixli, 2022-00115-060 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 32% kreditdən istifadəyə haqq ödəmək şərti ilə 4000 manat məbləğində istehlak üçün kredit verilmiş, həmin tarixdə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Zamin1 və Zamin2 ilə zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" MMC maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə kredit müqaviləsi üzrə 1433 manat əsas, 0 manat faiz, 0 manat cərimə borcu olmaqla, cəmi 1433 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti 5.000 manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti 10.000 manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd olunan Məcəllənin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən isə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 2022-00115-060 saylı kredit müqaviləsinə əsasən 1433 manat əsas, 0 manat faiz, 0 manat cərimə borcu olmaqla, cəmi 1433 (min dörd yüz otuz üç) manat pul və dövlət rüsumu kimi ödənilmiş 34,33 (otuz dörd manat otuz üç qəpik) manat alınıb "xxxx" MMC xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 2022-00115-060 saylı kredit müqaviləsinə əsasən 1433 manat əsas, 0 manat faiz, 0 manat cərimə borcu olmaqla, cəmi 1433 (min dörd yüz otuz üç) manat pul və dövlət rüsumu kimi ödənilmiş 34,33 (otuz dörd manat otuz üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Azərbaycan respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar