Məhkəmə qərarları › İş №e-2(013)-2850/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2850/2025

07.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2850/2025 07.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində, Cavabdeh 536 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumun, cəmi 566 manat tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə qarşı əsaslandırılmış etirazı olduğu halda təqdim etməli olduğu izah olunmuşdur. İşə baxılma müddəti ərzində məhkəməyə cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı, dəlilləri və ya onları təsdiq edən sənədləri daxil olmamışdır. Məhkəmədə elan olunmuş Nərimanov rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh təqsirli olduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətmişdir. X7 tərəfindən verilmiş arayışdan, xx.xx.2023-ci il tarixli ödəniş aktının və ilkin qiymətləndirmə aktı ümumi məlumatın surətlərindən görünür ki, Cavabdeh tərəfindən idarə edilən «JEEP Grand Cherokee» minik markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə Nərimanov rayonunda dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə nəticəsində «BMW i» minik markalı ** TM *** dövlət qeydiyyat nişanlı avtomaşına 536 manat zərər dəymişdir. xx.xx.2023-cü il tarixli 11383 saylı ödəniş tapşırığının surətindən, “Elektron notariat” X1 çıxarışdan və iddiaçı tərəfindən göndərilmiş məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Mərkəzi X4 tərəfindən "Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda"ya əsasən "xxxx" ASC tərəfindən zərərçəkən X3 etibarnamə üzrə nümayəndəsi X2 536 manat pul ödənilmiş və həmin məbləğ “LOTO” sistem üzərindən "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin balansından çıxılmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə edilən «JEEP Grand Cherokee» minik markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş, dəymiş zərərə görə iddiaçı tərəfindən «BMW i» minik markalı ** TM *** dövlət qeydiyyat nişanlı avtomaşına 536 manat ödəniş edilmişdir. Hadisə baş verən zaman Cavabdeh avtomobili idarə etmək hüququ olmamışdır. Belə olan halda "xxxx" ASC-nin ödədiyi məbləği zərəri vurmuş şəxsdən, yəni Cavabdeh tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəlləsinin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməlidir. Həmin Məcəllənin 284-5.2-ci maddəsində qeyd olunmuşdur ki, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsində qeyd olunmuşdur ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 536 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 566 (beş yüz altmış altı) manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar