Məhkəmə qərarları › İş №e-2(013)-2869/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2869/2025

07.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2869/2025 07.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: "xxxx" ASC-nin idarə heyətinin sədr müavini X1 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində, Cavabdeh 2046 manat və ödənilmiş 40,46 manat dövlət rüsumu, ümumilikdə 2086,46 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə qarşı əsaslandırılmış etirazı olduğu halda təqdim etməli olduğu izah olunmuşdur. İşə baxılma müddəti ərzində məhkəməyə cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı, dəlilləri və ya onları təsdiq edən sənədləri daxil olmamışdır. Məhkəmədə elan olunmuş xx.xx.2025-ci il tarixli Pİ0031/25 saylı işə dair sığorta aktının, xx.xx.2025-ci il tarixli daşınmaz əmlaka dəymiş zərərə dair ekspert rəyinin surətlərindən görünür ki, "xxxx" ASC-də sığortalı olan X2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 14, mənzil 17-də yerləşən evə subasma nəticəsində 2046 manat zərər dəymiş və həmin zərər İ.Ə.Əsədova ödənilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX № 1387179, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018 olan çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 14, mənzil 17-də yerləşən evin dövlət reyestrində 9 nömrəli reyestr kitabının 146 nömrəli vərəqində İ.Ə.Əsədovun adına qeydə alınmışdır. xx.xx.2024-cü il tarixli əmlakın sığortası şəhadətnaməsinin surətindən görünür ki, İ.Ə.Əsədova Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 14, mənzil 17-də yerləşən ev xx.xx.2024-cü il tarixdən xx.xx.2027-ci il tarixədək "xxxx" ASC-də sığortalı olmuşdur. xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli aktların surətlərindən görünür ki, İ.Ə.Əsədova məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 14, mənzil 17-də yerləşən evin dəhliz, mətbəxt və yataq otaqlarına Cavabdeh yaşadığı həmin binanın 8-ci mərtəbəsində, ev 14, mənzil 23-də yerləşən evinin hamamında su çəninin daşması nəticəsində su axaraq zərər dəymişdir. İddiaçı tərəfin cavabdehə ünvanladığı bildirişin surətindən görünür ki, dəymiş zərərin əvəzinin ödənilməsi ona bildirilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, İ.Ə.Əsədova məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 14, mənzil 17-də yerləşən evin dəhliz, mətbəxt və yataq otaqlarına Cavabdeh yaşadığı həmin binanın 8-ci mərtəbəsində, ev 14, mənzil 23-də yerləşən evinin hamamında su çəninin daşması nəticəsində su axaraq 2046 manat zərər dəymişdir. Həmin məbləğ "xxxx" ASC tərəfindən İ.Ə.Əsədova ödənilmişdir. Belə olan halda "xxxx" ASC-nin ödədiyi məbləği zərəri vurmuş şəxsdən, yəni Cavabdehdan tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəlləsinin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməlidir. Həmin Məcəllənin 284-5.2-ci maddəsində qeyd olunmuşdur ki, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsində qeyd olunmuşdur ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 2046 manat və 40,46 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2086 (iki min səksən altı) manat 46 (qırx altı) qəpik tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar