Məhkəmə qərarları › İş №e-2(013)-2887/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2887/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2887/2024 19.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı FİNCA Azərbaycan MM QBKT-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı FİNCA Azərbaycan MM QBKT Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən kredit müqaviləsi üzrə 1848.52 manat əsas borcun, 57.27 manat faiz borcun, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 1905.79 manat və 39.06 manat ödənilmiş dövlət rüsumunun iddiaçı FİNCA Azərbaycan MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı FİNCA Azərbaycan MM QBKT tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********2327 saylı Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019cu il tarixli 551 nömrəli Fərmanının 6-cı bəndinə uyğun olaraq Güzəştli kredit (restrukturizasiya) müqaviləsi üzrə tətbiq edilən vahid şərtlər əsasında iddiaçı FİNCA Azərbaycan MM QBKT tərəfindən cavabdeh X1 əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə kredit müqaviləsi imzalanan tarixə, 1 il güzəşt müddəti tətbiq edilməklə, illik 1% ödəmək şərtilə 1848.52 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişi dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehin təşkilata cəmi 1905.79 manat borcu yaranmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: xx.xx.2019-cu il tarixli, **********2327 saylı Güzəştli kredit (restrukturizasiya) müqaviləsinin surətindən görünür ki, Cavabdeh FİNCA Azərbaycan MM QBKT tərəfindən 1 il güzəşt müddəti tətbiq edilməklə, 60 ay müddətinə illik faiz dərəcəsi 1% olmaq şərtilə 1848.52 manat məbləğində kredit verilmişdir. FİNCA Azərbaycan MM QBKT-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə FİNCA Azərbaycan MM QBKT–yə 1848.52 manat əsas, müqavilə müddətinin sonuna 57.27 manat faiz, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 1905.79 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən kredit müqaviləsi üzrə 1848.52 manat əsas, 57.52 manat faiz, cəmi 1905.79 manat və dövlət rüsumu qismində 39.06 manat tutularaq iddiaşının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 360, 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1848.52 manat əsas, 57.52 manat faiz olmaqla, cəmi 1905.79 (bir min doqquz yüz beş manat yetmiş doqquz qəpik) manat borc və dövlət rüsumu qismində ödənilmiş 39.06 (otuz doqquz manat altı qəpik) manat pul tutularaq iddiaçı FİNCA Azərbaycan MM QBKT-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar