Məhkəmə qərarları › İş №e-2(013)-291/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-291/2025

24.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-291/2025 24.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m üə y y ə n e t d i: İddiaçı İB Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh dəymiş zərərə görə 256.16 manat və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı İB-nin ABB-nin Azəriqaz şöbəsi üzrə, Kod 8051533, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X? Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə, saat 09:00 radələrində Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 3A ünvanda idarə etdiyi ** JT *** dövlət nömrə nişanlı, “İSUZU” yük markalı avtomaşınla yol hərəkəti qaydasını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və SOKAR İddiaçı İB-nin Bakı Regional Qaz İstismar Departamentinin balans və istismarında olan 108 mm diametrlik, aşağı təzyyiqli yerüsts qaz xəttini vuraraq, qaynaq yerindən qıraraq yararsız hala salmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı 30 dəqiqə müddət ərzində 25m/bar təzyiqlə təbii qaz havaya axaraq sovrulmuşdur. Hadisə ilə bağlı İddiaçı İB-nin əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Cavabdehnın baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olması, Xətai Rayon DYPŞ-nin xx.xx.2021ci il tarixli, İXP ******* nömrəli protokolunda və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. Cavabdeh tərəfindən baş vermiş avtoqəza hadisəsinin nəticələrinin aradan qaldırılması yönündə İddiaçı İB-yə ümumilikdə 256.16 manat məbləğində (təmir-bərpaya çəkilən xərc) maddi zərər vurulmuşdur. Vurulmuş zərərin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borc hələdə ödənilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi, İddiaçı İB tərəfindən tərtib edilmiş aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 09:40-da 104 çağrı mərkəzindəndaxil olmuş müraciətə əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 3A ünvanda baxış keçirilən zaman, “İSUZU” yük markalı ** JT *** dövlət nömrə nişanlı avtomaşınla yol hərəkəti qaydasını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və SOKAR İddiaçı İB-nin Bakı Regional Qaz İstismar Departamentinin balans və istismarında olan d=108 mm-lik, aşağı təzyyiqli yerüsts qaz xəttini vuraraq, qaynaq yerindən qıraraq yararsız hala salmış, 30 dəqiqə müddət ərzində 25m/bar təzyiqlə təbii qaz havaya axaraq sovrulmuş, saat 10:10 radələrində qaz xəttində qaz axınının qarşısı alınmışdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Xətai Rayon DYP-nin xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli X1 qərarında protokolunda və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun barəsində inzibati cərimə növündə tənbeh növü tətbiq edilmişdir. cavabdehin təbii qazdan istifadəyə görə 256.16 manat borcu yaranmış, həmçinin, «Azəriqaz” İB məhkəməyə müraciət edərkən 30.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci madəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı İB-yə vurduğu maddi ziyana görə 256.16 manat borc və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «Azəriqaz” İB-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 360, 284-5, 284-6-cı maddələrinə əsasən, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı İB-yə vurduğu maddi ziyana görə 256.16 (iki yüz əlli altı manat on altı qəpik) manat və 30.40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı İB-nin ABB-nin Azəriqaz şöbəsi üzrə, Kod 8051533, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X? Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilsin. Qətnamədən surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar