Məhkəmə qərarları › İş №e-2(013)-2936/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2936/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2936/2025 07.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 210 manat əsas borc, 231 manat faiz borcu olmaqla, cəmi 441 manat borcun həmçinin ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, BOKT "xxxx" MMC ilə, Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, **********63 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 21 gün müddətinə, günlük 1.10% olmaqla, 21 təqvim günü ərzində kreditdən istifadəyə görə cəmi faiz məbləği 48.51 manat olmaqla, 210 manat məbləğində kredit verilmiş və cavabdeh ona verilmiş 210 manat kredit məbləğinimüqavilə üzrə müəyyən edilmiş müddətdə və qaydada borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. BOKT "xxxx" MMC ilə, İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 01/05 saylı “Tələb hüququnun satılması haqqında” müqaviləyə əsasən Cavabdeh BOKT "xxxx" MMC qarşısında olan kredit öhdəliyi üzrə bütün tələb hüququ İddiaçı MMC-yə ötürülmüşdür. Qeyd olunan kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə borcverən kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Həmin müqaviləyə əsasən kredit məbləğinin qaytarılması müqaviləyə uyğun olaraq aparılmadıqda və ödənilmədikdə borcalan özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixli, **********63 saylı kredit müqaviləsi üzrə İddiaçı MMC-yə 210 manat əsas borc, 231 manat faiz borcu olmaqla, cəmi 441 manat borcu yaranmışdır. Azərbaycan Respublikası 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materialları araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi, xx.xx.2023-cü il tarixli **********63 saylı kredit müqaviləsi üzrə Cavabdeh BOKT "xxxx" MMC tərəfindən 21 gün müddətinə, günlük 2.31% olmaqla, 21 təqvim günü ərzində kreditdən istifadəyə görə cəmi faiz məbləği 48.51 manat olmaqla, 210 manat məbləğində kredit verilmişdir. İddiaçı MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə, **********63 saylı kredit müqaviləsi üzrə arayış tərtib edilən tarixə, 210 manat əsas, 231 manat faiz olmaqla, cəmi 441 manat təşkil edir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 210 manat əsas kredit borcu, 231 manat faiz borcu olmaqla cəmi, 441 manat borc və 30 manat dövlət rüsumu qismində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 210 manat əsas kredit borcu, 231 manat faiz borcu olmaqla cəmi, 441 (dörd yüz qırx bir) manat borc və 30 (otuz) manat dövlət rüsumu pul vəsaiti alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar