Məhkəmə qərarları › İş №e-2(013)-2969/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2969/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2969/2025 16.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı (Bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 100 manat əsas borc, 70 manat faiz borcu olmaqla, cəmi 170 manat borcun həmçinin ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, BOKT "xxxx" MMC ilə, Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, **********30 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 21 gün müddətinə, günlük 1.60% olmaqla, 100 manat məbləğində kredit verilmiş və cavabdeh ona verilmiş 100 manat kredit məbləğinimüqavilə üzrə müəyyən edilmiş müddətdə və qaydada borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. BOKT "xxxx" MMC ilə, İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 01/05 saylı “Tələb hüququnun satılması haqqında” müqaviləyə əsasən Cavabdeh BOKT "xxxx" MMC qarşısında olan kredit öhdəliyi üzrə bütün tələb hüququ İddiaçı MMC-yə ötürülmüşdür. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixli, **********30 saylı kredit müqaviləsi üzrə İddiaçı MMC-yə 100 manat əsas borc, 70 manat faiz borcu olmaqla, cəmi 170 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materialları araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi, xx.xx.2023-cü il tarixli **********30 saylı kredit müqaviləsi üzrə Cavabdeh BOKT "xxxx" MMC tərəfindən 21 gün müddətinə, günlük 1.60% olmaqla, 100 manat məbləğində kredit verilmişdir. İddiaçı MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə, **********30 saylı kredit müqaviləsi üzrə arayış tərtib edilən tarixə, 100 manat əsas, 70 manat faiz olmaqla, cəmi 170 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 100 manat əsas kredit borcu, 70 manat faiz borcu olmaqla cəmi, 170 manat borc və 30 manat dövlət rüsumu qismində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 100 manat əsas kredit borcu, 70 manat faiz borcu olmaqla cəmi, 170 (bir yüz yetmiş) manat borc və 30 (otuz) manat dövlət rüsumu pul vəsaiti alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar