Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-3038/2025 23.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə mülki işə 23 dekabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC-nin direktoru E.Osmanlı rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh oğlu arasında 15 avqust 2025-ci il tarixli "Avtonəqliyyat vasitəsinin icarə müqaviləsi" bağlanmışdır. Cavabdeh şəxs 15 avqust 2025ci il tarixli "avtonəqlivyat vasitəsinin icarə miqaviləsi"nin 1.4-cü maddəsinə əsasən, İddiaçı (MMC-yə məxsus olan Kia Optima minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 1 günü 55 (əlli beş) manat olmaqla, həmin müqavilənin 5.8-ci bəndində qeyd edilən 15 avqust 2025-ci il saat 21:00-dan 15 sentyabr 2025-ci il saat 21:00-dək 1 (bir) ay müddətinə icarəyə götürmüşdür. G.H.X1 minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitasinə baxış keçirildikdən sonra Təhvil-Təslim Aktı əsasında tam saz vəziyyətdə təhvil verilən zaman 15 avqust 2025-ci il tarixli "Avtonəqliyyat vasitəsinin icarə müqaviləsi "nin 4.5-ci bənddə (İddiaçı MMC tərəfindən və Müqavilə ilə avtomobil şəhər içi idarə edildikdə sürət həddi 100 km, şəhərdən kənarda idarə edildikdə isə 110 km müəyyən edilmişdir" nəzərdə tutulan şərtlər İddiaçı MMC tərəfindən dəfələrlə izah edilmiş, cavabdeh tərəf isə həmin şərtləri öz öhdəliyinə götürərək qəbul etmişdir. Lakin buna baxmayaraq sözügedən müqavilənin 4.5-ci bəndində nəzərdə tutulan öhdəlik Cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, cavabdeh 22 avqust 2025-ci il tarixdə Qəbələ istiqamətində hərəkət edərkən həmin yolda təmir işləri aparıldığına görə yol nişanı əsasənda sürət həddi maksimum 55 km olsa da, cavabdeh həmin yolun təmirlə əlaqədar 55 km olduğuna məhəl qoymamış və kəskin surətlə, yəni 130 km - 140 km həddində idarə etmiş və həmin zaman idarə etməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarına aşmış və yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticasində sözügedən avtomobil tam yararsız hala düşmüş, qiymətləndirmə Aktına əsasən isə avtomobilin təmirə yararsız halda olduğu və yenisi ilə əvəz edilməsi qeyd edilmişdir, Avtomobil İddiaçı MMC tarafində 22500 (iyirmi iki min beş yüz) manat məbləğnə alınmışdır. Hazında sözügedan avtomobilin bazarda nəzərdə tutulmuş qiyməti isə 19.000 (on doqquz min) manat məbləğindədir. Yolnəqliyyat hadisəsi 22 avqust 2025-ci il tarixində baş vermiş və həmin gündən bu günqədər İddiaçı MMC gündəlik öz icarə gəlirindən məhrum olunub, 22 avqust 2025-ci il tarixdən 30 avqust 2025-ci il tarixinədək Kia Optima minik markalı avtomobil gündəlik əldə etdiyi 55 (əlli beş) manat icarə haqqından qalmışdır. Bu da hazırda 19000 (on doqquz min) manat məbləğdə vurulmuş maddi ziyandan başqa 8 gündür şirkət gəlirindən məhrum olmuş (AR MM-nin 21.2. "Əldən çrcmış fayda") bu da şirkətə 440 (dörd yüz qırx) manat məbləğdə zərarin vurulduğunun sübutudur. 25 avqust 2025-ci il tarixində İddiaçı MMC tərəfindən Cavabdeh pretenziya qaydasında məktub ünvanlanaraq maddi ziyanı tələb etsələr də, cavabdeh tərəfindən heç bir məhəl qoyulmadığını qeyd edərək İddiaçı MMC-yə məxsus **-SR-*** dövlət qeydiyyat nişanlı Kia Optima minik markalı nəqliyyat vasitəsinə Cavabdeh tərəfindən vurulmuş ziyana görə 19400 (on doqquz min dörd yüz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh vurulmuş ziyana görə 19000 manat, ödənilmiş dövlət rüsumu əvəzində 153 manat və vəkilə ödənilmiş 320 manat pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılaraq tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin təhqiqatçısının qəbul etdiyi xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh 22 avqust 2025-ci il tarixdə Qəbələ istiqamətində hərəkət edərkən həmin yolda təmir işləri aparıldığına görə yol nişanı əsasında sürət həddi maksimum 55 km olsa da, cavabdeh 130 km - 140 km həddində idarə etmiş və həmin zaman idarə etməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarına aşmış və yol-nəqliyyat hadisəsi baş vermişdir. Avtonəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixli 42 saylı müqaviləsinin surətindən görünür ki, həmin tarixdə İddiaçı MMC-yə məxsus **-SR-*** dövlət qeydiyyat nişanlı Kia Optima minik markalı nəqliyyat vasitəs Cavabdeh icarəsinə verilmişdir. Hazırki bazar qiyməti 19000 manat təşki edir. xx.xx.2025-ci il tarixli qiymətləndirmə aktının surətindən görünür ki, İddiaçı MMC-yə məxsus **-SR-*** dövlət qeydiyyat nişanlı Kia Optima minik markalı avtomobilə 18980 manat ziyan dəymişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15 avqust 2025-ci il tarixli "Avtonəqliyyat vasitəsinin icarə müqaviləsi" müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-yə məxsus olan Kia Optima minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 1 günü 55 (əlli beş) manat olmaqla 15 avqust 2025-ci il saat 21:00-dan 15 sentyabr 2025-ci il saat 21:00-dək 1 (bir) ay müddətinə icarəyə götürmüşdür. G.H.X2 minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitasinə baxış keçirildikdən sonra təhvil-təslim Aktı əsasında tam saz vəziyyətdə təhvil verilmişdir. Cavabdeh 22 avqust 2025-ci il tarixdə Qəbələ istiqamətində hərəkət edərkən həmin yolda təmir işləri aparıldığına görə yol nişanı əsasənda sürət həddi maksimum 55 km olsa da, cavabdeh 130 km - 140 km həddində idarə etmiş və həmin zaman idarə etməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarına aşmış və yolnəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobil tam yararsız hala düşmüş və avtomobilin hazırki bazar qiyməti 19000 manat təşkil etmişdir. Belə olan halda Cavabdeh İddiaçı MMC-yə vurduğu 19000 manat zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (Nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli eletrik enerjisindən, atom enərjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından görünür ki, iddiaçı tərəf mülki işin hazırlanması üçün hüquqi yardım almağa görə 320 manat xərc çəkmişdir. Məhkəmə hüquqi yardım üçün çəkilmiş xərclərə görə 320 manat məbləği ağlabatan hesab edərək tələbin həmin hissəsinin təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq İddiaçı MMC-yə verilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh avtomobilə dəymiş ziyana görə 19000 manat, ödənilmiş dövlət rüsumu əvəzində 153 manat və hüquqi yardım üçün çəkilmiş xəclərə görə 320 manat – cəmi 19473 (on doqquz min dörd yüz yetmiş üç) manat tutularaq İddiaçı MMC-yə verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-3038/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-3038/2025
23.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver