Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-3040/2024 02.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı Bank Olmayan Kredit Təşkilatı Embafinans Qapalı Səhmdar Cəmiyyətinin (Bundan sonra BOKT Embafinans QSC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı BOKT Embafinans QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc 1594.14 manat, cərimə borcu 239.12 manat həmçinin ərizəyə görə ödənilmiş 38.73 manat borcun, ümumilikdə 1871.99 manat borcun iddiaçı BOKT Embafinans QSCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT Embafinans MMC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 20 ay müddətinə 2475.00 manat məbləğində kredit verilmiş və bununla bağlı BOKT Embafinans MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 417- EMB-0442-23 saylı kredit müqaviləsi bağlanmışdır. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixinə kredit müqaviləsi üzrə BOKT Embafinans QSC-yə əsas borc üzrə 1594.14 manat, faiz borcu üzrə 0.00 manat, cərimə borcu üzrə 239.12 manat olmaqla cəmi, 1833.26 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materialları araşdırılaraq hesab edilir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi, xx.xx.2023-cü il tarixli 417-EMB-0442-23 saylı kredit müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi olan "xxxx"dən görünür ki, Cavabdeh BOKT Embafinans QSC tərəfindən 20 ay müddətinə illik 0% ödəmək şərtilə 2475.00 manat məbləğində kredit ayrılmışdır. BOKT EmbafinansQSC-nin maliyyə arayışından görünür ki, Cavabdehnun xx.xx.2024-cü il tarixə, 417-EMB-0442-23 saylı kredit müqaviləsi üzrə əsas borcu 1594.14 manat, faiz borcu üzrə 0.00 manat, cərimə borcu üzrə 239.12 manat olmaqla cəmi, 1833.26 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin şərtlərinə əsasən borcun ödənişi gecikdirildikdə borc məbləğinin 0.5%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdehin müqavilə üzrə hesablanmış cərimə borcu 239.12 manat təşkil edir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, tətbiq olunmuş 239.12 manat məbləğində cərimənin 200 manat hissəsində cavabdehdən tutulması barədə tələbin hüquqi əsası olmadığından iddia həmin hissədə rədd edilməli, qalan 39.12 manat hissəsində isə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 1594.14 manat əsas kredit borcu, 39.12 manat cərimə borcu olmaqla cəmi, 1633.26 manat borc və 38.73 manat dövlət rüsumu qismində pul tutularaq iddiaçı BOKT Embafinans QSCnin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1594.14 manat əsas kredit borcu, 39.12 manat cərimə borcu olmaqla cəmi, 1633.26 manat borc və ödənilmiş 38.73 manat dövlət rüsumunun əvəzi pul vəsaiti olmaqla ümumilikdə 1671.99 (bir min altı yüz yetmiş bir manat doxsan doqquz qəpik) manat alınaraq iddiaçı “BOKT Embafinans QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-3040/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-3040/2024
02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver