Məhkəmə qərarları › İş №e-2(013)-3044/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-3044/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-3044/2024 02.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ 02 dekabr 2024-cü il Ağdam rayonu, Quzanlı qəsəbəsi Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı Bank Olmayan Kredit Təşkilatı Embafinans Qapalı Səhmdar Cəmiyyətinin (Bundan sonra BOKT Embafinans QSC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı BOKT Embafinans QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 652.80 manat, faiz borcu üzrə 144.80 manat, cərimə borcu 97.92 manat həmçinin ərizəyə görə ödənilmiş 30.40 manat borcun, ümumilikdə 925.92 manat borcun iddiaçı BOKT Embafinans QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT Embafinans MMC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 24 ay müddətinə 840.00 manat məbləğində kredit verilmiş və bununla bağlı BOKT Embafinans MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 718- ADK-0181-23 saylı kredit müqaviləsi bağlanmışdır. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixinə kredit müqaviləsi üzrə BOKT Embafinans QSC-yə əsas borc üzrə 652.80 manat, faiz borcu üzrə 144.80 manat, cərimə borcu 97.92 manat olmaqla cəmi, 895.52 manat borcu yaranmışdır. Azərbaycan Respublikası 284-5.1-ci maddəsinə görəərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materialları araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi, xx.xx.2023-cü il tarixli 718-ADK-0181-23 saylı kredit müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi olan "xxxx"dən görünür ki, Cavabdeh BOKT Embafinans QSC tərəfindən 24 ay müddətinə illik 35% ödəmək şərtilə 840.00 (səkkiz yüz qırx) manat məbləğində kredit ayrılmışdır. BOKT EmbafinansQSC-nin maliyyə arayışından görünür ki, Cavabdehnun xx.xx.2024-cü il tarixə, 718-ADK-0181-23 saylı kredit müqaviləsi üzrə əsas borcu 652.80 manat, faiz borcu 144.80 manat, cərimə borcu 97.92 manat, ümumilikdə borcu 895.52 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iş üzrə təqdim olunmuş yoxlayaraq, iddia ərizəsinin dəlillərini və iddiaya qarşı əsaslandırılmış etirazın olmamasını nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehdən 652.80 manat əsas kredit borcu, 144.80 manat faiz borcu, 97.92 manat cərimə borcu olmaqla, cəmi 895.52 manat əsas kredit borcu və 30.40 manat dövlət rüsumu qismində pul tutularaq iddiaçı BOKT Embafinans QSC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 652.80 manat əsas kredit borcu, 144.80 manat faiz borcu, 97.92 manat cərimə borcu olmaqla, cəmi 895.52 manat kredit borcu və ödənilmiş 30.40 manat dövlət rüsumunun əvəzi pul vəsaiti olmaqla ümumilikdə 925.92 (doqquz yüz iyirmi beş manat doxsan iki qəpik) manat alınaraq iddiaçı BOKT Embafinans QSCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar