Məhkəmə qərarları › İş №e-2(013)-3045/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-3045/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-3045/2024 21.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu. İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə 21 noyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı ASC-nin nümayəndəsi X1 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli GTZK6267263B299 saylı müqaviləyə əsasən 409,32 manat əsas, 231,9 manat faiz, xx.xx.2023-cü il tarixli BRCB5341303B186 saylı kredit və hesab müqaviləsinə əsasən 1428,09 manat əsas, 327,27 manat faiz, ümumilikdə – cəmi 2396,58 manat borcun və 43,97 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə qarşı əsaslandırılmış etirazı olduğu halda təqdim etməli olduğu izah olunmuşdur. İşə baxılma müddəti ərzində məhkəməyə cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı, dəlilləri və ya onları təsdiq edən sənədləri daxil olmamışdır. Məhkəmədə elan olunmuş iddiaçı ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli GTZK6267263B299 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 6 ay müddətinə illik 28 faizlə 600 manat kredit verilmişdir. xx.xx.2023-cü il tarixli BRCB5341303B186 saylı elektron qaydada bağlanmış birbank cashback kredit xətti müqaviləsindən və kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 57 ay müddətinə illik 32 faizlə 1500 manat kredit verilmişdir. İddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya olan borcu xx.xx.2024-cü il tarixli GTZK6267263B299 saylı kredit müqaviləsi üzrə 409,32 manat əsas, 231,9 manat faiz, xx.xx.2023-cü il tarixli BRCB5341303B186 saylı müqavilə üzrə 1428,09 manat əsas, 327,27 manat faiz borc təşkil edir. İddiaçı tərəfin cavabdehə ünvanladığı bildirişdən görünür ki, öhdəliklərin icra edilməsi üçün cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında müqavilələr bağlanmış və hər iki tərəf üzərlərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixli GTZK6267263B299 saylı kredit müqaviləsinə əsasən 6 ay müddətinə illik 28 faizlə 600 manat, xx.xx.2023-cü il tarixli BRCB5341303B186 saylı müqaviləyə əsasən 57 ay müddətinə illik 32 faizlə 1500 manat məbləğində kredit verərək üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə xx.xx.2024-cü il tarixli GTZK6267263B299 saylı müqavilə üzrə 409,32 manat əsas, 231,9 manat faiz, xx.xx.2023-cü il tarixli BRCB5341303B186 saylı müqavilə üzrə 1428,09 manat əsas, 327,27 manat faiz borcu qalmaqla öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəlləsinin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməlidir. Həmin Məcəllənin 284-5.2-ci maddəsində qeyd olunmuşdur ki, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsində qeyd olunmuşdur ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli GTZK6267263B299 saylı kredit müqaviləsi üzrə 409,32 manat əsas, 231,9 manat faiz, xx.xx.2023-cü il tarixli BRCB5341303B186 saylı birbank cashback kredit xətti müqaviləsi üzrə 1428,09 manat əsas, 327,27 manat faiz ümumilikdə 2396 (iki min üç yüz doxsan altı) manat 58 (əlli səkkiz) qəpik borc və ödənilmiş dövlət rüsumu əvəzində 43,97 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar