Məhkəmə qərarları › İş №e-2(013)-3059/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-3059/2024

09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-3059/2024 09.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıllıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 09 dekabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Ağdam Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 3990 manat əsas, 420 manat cərimə – ümumilikdə 4410 manat və ödənilmiş dövlət rüsumu əvəzində 59,90 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə icraata qəbul olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, mülki işə ərazi aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsində baxılmalıdır. Belə ki, mülki iş məhkəmədə baxılarkən məlum olmuşdur ki, cavabdeh Abbasov X1, Hərbi şəhərcik-1, Z.Y.12, 305 ünvanında qeydiyyatdadır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Belə olan halda işə Naxçıvan Şəhər Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunmuşdur ki, qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəməyə baxılmağa verir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə 2(013)-3059/2024 saylı mülki iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar