Məhkəmə qərarları › İş №e-2(013)-3210/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-3210/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-3210/2024 13.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı «FİNCA Azərbaycan» MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı «FİNCA Azərbaycan» MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada, kredit müqaviləsi üzrə 1550.51 manat əsas borcun, 176.00 manat faiz borcun, cərimə borcuna görə 3.36 manat olmaqla cəmi 1729.87 manat və 37.30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı «FİNCA Azərbaycan» MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «FİNCA Azərbaycan» MM QBKT tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********1381 saylı kredit müqaviləsinə əsasən cavabdehə ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyata səviyyəsinin yaxşılaşdırılması maqsədləri üçün 18 ay müddətinə illik 30% olmaq şərtilə 2000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişi dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq təşkilat ilə Cavabdeh2 arasında **********1381-994214 saylı zaminlik müqaviləsi bağlanmış, müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Cavabdehlərin təşkilata 1550.51 manat əsas, 176.00 manat faiz, 3.36 manat cərimə olmaqla cəmi 1729.87 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: xx.xx.2023-cü il tarixli, **********1381 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 «FİNCA Azərbaycan» MM QBKT tərəfindən 18 ay müddətinə illik 30% olmaq şərtilə 2000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, **********1381-994214 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh2 kreditor «FİNCA Azərbaycan» MM QBKT qarşısında birgə borclu Cavabdeh1 xx.xx.2023-cü il tarixli, **********1381 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. «FİNCA Azərbaycan» MM QBKT-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə «FİNCA Azərbaycan» MM QBKT–yə 1550.51 manat əsas, müqavilə müddətinin sonuna 176.00 manat faiz, 3.36 manat cərimə olmaqla cəmi 1729.87 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlərdən 1550.51 manat əsas, 176.00 manat faiz, 3.36 manat cərimə borcu olmaqla cəmi 1729.87 manat və dövlət rüsumu qismində 37.30 manat tutularaq «FİNCA Azərbaycan» MM QBKT-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 360, 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1550.51 manat əsas, 176.00 manat faiz və 3.36 manat cərimə borcu olmaqla cəmi 1729.87. (bir min yeddi yüz iyirmi doqquz manat səksən yeddi qəpik) manat borc və dövlət rüsumu qismində ödənilmiş 37.30 (otuz yedi manat otuz qəpik) manat pul tutularaq iddiaçı «FİNCA Azərbaycan» MM QBKT-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar