Məhkəmə qərarları › İş №e-2(013)-3302/2023

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-3302/2023

21.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-3302/2023 21.12.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə 21 dekabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində, Cavabdeh 850 manat sığorta ödənişinin əvəzi, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti xərcinin tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə qarşı əsaslandırılmış etirazı olduğu halda təqdim etməli olduğu izah olunmuşdur. İşə baxılma müddəti ərzində məhkəməyə cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı, dəlilləri və ya onları təsdiq edən sənədləri daxil olmamışdır. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli Bakı şəhəri DYPİ YNH tərəfindən tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokol və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın və digər sənədlərin surətlərindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə velosipedlə Bakı şəhəri Yasamal rayonu M.Əliyev küçəsində yol nişanlarına əks istiqamətdə hərək edərək «Ravon R4 LTZ” markalı ** PD *** (** SP ***) dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və o təqsirli olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7, 338.4.3-cü maddələrinə əsasən 80 manat cərimə olunmuşdur. xx.xx.2022-ci il tarixli sığorta aktının və nəqliyyat vasitələrinin (kasko) sığortası şəhadətnaməsinin surətlərindən görünür ki, «Ravon R4 LTZ” markalı ** PD *** (** SP ***) dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC tərəfindən kasko sığortalı olmuş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu M.Əliyev küçəsində yol nəqliyyat hadisəsi baş vermiş və həmin avtomobilə 850 manat ziyan dəymiş və həmin məbləğ etibarnaməyə əsasən X1 şəxsi hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, «Ravon R4 LTZ” markalı ** PD *** (** SP ***) dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərə görə "xxxx" ASC tərəfindən X2 850 manat ödənilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu M.Əliyev küçəsində velosipetlə yol nəqliyyat hadisəsi törətmiş, «Ravon R4 LTZ” markalı ** PD *** (** SP ***) dövlət qeydiyyat nişanlı avtomaşına 850 manat zərər vurmuşdur. Dəymiş zərər zərərçəkmiş şəxsə ödənilmişdir. Belə olan halda "xxxx" ASC-nin ödədiyi məbləği zərəri vurmuş şəxsdən, yəni Cavabdeh tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəlləsinin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməlidir. Həmin Məcəllənin 284-5.2-ci maddəsində qeyd olunmuşdur ki, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsində qeyd olunmuşdur ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 850 (səkkiz yüz əlli) manat sığorta ödənişinin əvəzi, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti xərci tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Hakim Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar