Məhkəmə qərarları › İş №e-2(013)-3374/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-3374/2025

15.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-3374/2025 15.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 15 dekabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı nümayəndəsi – fərdi qaydada fəaliyyət göstərən vəkil Babayeva X1 Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 6400 (altı min dörd yüz) manat, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilən 600 (altı yüz) manat və ödənilmiş dövlət rüsumu 84 (səksən dörd) manat alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixdə iribuynuzlu heyvan almaq üçün Bərdə rayonuna gedərək mal bazarından əvvəllər də tanıdığı Cavabdeh hər biri 1790 manat olmaqla 9 baş iribuynuzlu heyvan alaraq yaşadığı Kürdəmir rayonunun Garıs Əyribənd kəndinə gətirmişdir.Heyvanları gətirdikdən bir gün sonra həmin heyvanların xəstəhal olduğunu görərək cavabdehə zəng edərək heyvanların xəstə olduğunu bildirmişdir. Cavabdeh iddiaçıya bir neçə dərman alıb heyvanlara verməsini və ondan sonra heyvanların sağalacağını demişdir. İddiaçı baytarlıq aptekinə gedərək həmin dərmanlara həkim pulu ilə birlikdə 1030 manat pul xərcləmişdir.İddiaçı heyvanlara dərman vasitələrini versə də həmin heyvanlardan 3 başı ölmüş və 3 baş heyvan ölməsi nəticəsində iddiaçıya 5370 manat ziyan dəymişdir.İddiaçı bununla bağlı baytar həkimə və kənd icra nümayəndəliyinə müraciət etmiş və baytar tərəfindən heyvanların xəstəlikdən ölməsi müəyyən edilmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. Bundan sonra iddiaçı cavabdehə heyvanların xəstə olduğunu bilə-bilə ona satdığı xəstə heyvanlardan üçünün öldüyünü və iddiaçıya ziyan dəydiyini bildirmiş və ona dəymiş ziyanın ödənilməsini tələb etsə də cavabdeh ziyanı ödəməkdən boyun qaçırmışdır. İddiaçı bununla bağlı Bərdə Rayon Polis Şöbəsinə müraciət etmiş,lakin ona xx.xx.2025-ci il tarixdə müraciətinin mülki xarakterli olması barədə cavab vermişlər. Baş vermiş hadisənin araşdırılmaması vurulan zərərə,hadisəyə düzgün qiymət verilməməsinə, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasına, ona vurulan həm maddi, həm də mənəvi zərərin ödənilməməsinə gətirib çıxarmışdır. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq onun və iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını qeyd etməklə işin baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılaraq tələbin təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, mülki işə məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarında olan portaldan çıxarışlardan göründüyü kimi iddiaçı və cavabdeh hər iksinin adına VÖEN olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. İddiaçı ilə cavabdeh arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsində göstərilmişdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.4-cü maddəsində göstərilmişdir ki, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsində göstərilmişdir ki, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə 2(013)-3374/2025 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar