Məhkəmə qərarları › İş №e-2(013)-3406/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-3406/2025

22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-3406/2025 22.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 iyun 2024-cü il tarixli, 600804-41465/15 saylı İstehlak Kredit Müqaviləsinə əsasən cavabdehdən 8002,41 manat əsas borc, 601,58 manat faiz borcu olmaqla, cəmi 8603,99 manat məbləğində pulun və 106,04 manat məbləğində dövlət rüsumunun tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2024-cü il tarixli, 600804-41465/15 saylı İstehlak Kredit Müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 20.5 % dərəcəsi ilə 9740 AZN məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsada o, banka olan borcunu ödəməmişdir. 21 oktyabr 2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 8002,41 manat məbləğində əsas borc və 601,58 manat faiz borcu olmaqla, cəmi 8603,99 manat borcu yaranmışdir. İstehlak kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, cavabdeh krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlamış, iddia tələblərinə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını, tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə məlumatlandırılmış Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri ilə bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh göstərmişdir ki, Ağdam Rayonunun qeydiyyatındadır. Həqiqətən ASC-dən bir il yarım olar ki, pul götürmüş, bir müddət ödənişləri etmiş, son 4 aydır ki, ödənişləri etmr. Bakı Şəhərində işləyir, ayda 480 manat əmək haqqı alır ki, ailəsinin 7 nəfər üzvünü çətinliklə dolandırır. Ailədə ondan başqa işləyən yoxdur. Ayda təxminən 120 manat ödəniş edə bilər. Ödəniş etməkdən boyun qaçırmır. Nəzərə alınmasını, ona köməklik edilməsini xahiş edir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün bilmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir, tələbin rədd edilməsi və ya qismən təmin edilməsi üçün əsas yoxdur. İş materiallarında olan Cavabdeh ilə ASC arasında bağlanmış 10 iyun 2024-cü il tarixli, 600804-41465/15 saylı İstehlak Kredit Müqaviləsindən görünür ki, cavabdehə 48 ay müddətinə, illik 20.5 % dərəcəsi ilə 9740 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin Maliyyə Arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə ASC-yə 10 iyun 2024-cü il tarixli, 600804-41465/15 saylı İstehlak Kredit Müqaviləsinə əsasən 8002,41 manat əsas, 601,58 manat faiz, cəmi 8603,99 manat kredit borcu yaranmışdır. Ərizəyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli Xəbərdarlıq Məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq da edilmişdir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1969-cu il təvəllüdlüdür, Ağdam rayonu Maqsudlu kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10 iyun 2024-cü il tarixli, 600804-41465/15 saylı İstehlak Kredit Müqaviləsinə əsasən 8002,41 manat əsas borc, 601,58 manat faiz borcu olmaqla cəmi 8603,99 manat məbləğində pul və 106,04 manat məbləğində dövlət rüsumu kimi ödənilmiş məbləğ İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh - 10 iyun 2024-cü il tarixli, 600804-41465/15 saylı müqaviləyə əsasən 8002,41 manat əsas borc, 601,58 manat faiz borcu olmaqla, cəmi 8603,99 (səkkiz min altı yüz üç manat doxsan doqquz qəpik) manat məbləğində borc və 106,04 (yüz altı manat dörd qəpik) manat məbləğində dövlət rüsumu kimi ödənilmiş məbləğ tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar