Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-355/2025 04.03.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada xx.xx.2023-cü il tarixli RGTK3837204B180 saylı kredit müqaviləsinə əsasən 15249,77 AZN əsas, 835,46 AZN faiz borcu olmaqla, cəmi 16085,23 AZN borcun və dövlət rüsumu kimi ödənilmiş 138,26 AZN məbləğin tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK3837204B180 saylı Kredit Müqaviləsinə əsasən ona 39 ay müddətinə, illik 17 % dərəcəsi ilə 18.800,38 AZN məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında xx.xx.2023-cü il tarixli, Z-RGTK3837204B180 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin xx.xx.2024-cü il tarixə ASC-yə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 15249,77 manat əsas, 835,46 manat faiz borcu olmaqla, cəmi 16085,23 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdehlər tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlamış, iddia tələblərinə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını, tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh1 /borcalan/ və Cavabdeh2 /zamin/ iş materiallarında olan, müqavilələrin bağladıqları zaman özlərinin göstərdikləri ünvanlarına rəsmi məktublar göndərilmiş, SMS bildirişlər göndərilmiş, lakin cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Cavabdehlərdən Cavabdeh1 /əsas borcalan/ məhkəməyə vəsatət ünvanlamış, məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmiş, lakin onun vəsatəti təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə görə cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Yaşayış yeri və olduğu yer haqqında Azərbaycan Respublikasının 04 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə görə fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İşin materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh1 /borcalan/ və Cavabdeh2 /zamin/ Ağdam Rayon Şıxbabalı İƏD üzrə Nümayəndəliyinn Muğanlı kəndində qeydiyyatdadırlar. Bu səbəbdən də məhkəmə bildirişi 17 yanvar 2025-ci il tarixdə Ağdam Rayon İHB-nın Şıxbabalı İƏD üzrə Nümayəndəliyinə təqdim edilmiş, lakin cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir, tələbin rədd edilməsi və ya qismən təmin edilməsi üçün əsas yoxdur. İş materiallarında olan Cavabdeh1 ilə ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK3837204B180 saylı Kredit Müqaviləsindən görünür ki, cavabdehə 39 ay müddətinə, illik 17 % dərəcəsi ilə 18.800,38 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Z- RGTK3837204B180 saylı Zaminlik Müqavilədən görünür ki, zamin Cavabdeh2 əsas borclu Cavabdeh1 kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə öz üzərinə öhdəlik götürmüşdür. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024cü il tarixə ASC-yə xx.xx.2023-cü il tarixli, RGTK3837204B180 saylı Kredit Müqaviləsinə əsasən 15249,77 manat əsas, 835,46 manat faiz, cəmi 16085,23 manat məbləğində kredit borcu yaranmışdır. Ərizəyə əlavə edilmiş 28 noyabr 2024-cü il tarixli xəbərdarlıq məktubdan görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli, RGTK3837204B180 saylı Kredit Müqaviləsinə əsasən 15249,77 AZN əsas, 835,46 AZN faiz borcu olmaqla, cəmi 16085,23 AZN məbləgində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, həmçinin MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçının dövlət rüsumu kimi ödədiyi 138,26 manat da cavabdehlərdən iddia tərəfinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada - xx.xx.2023-cü il tarixli, RGTK3837204B180 saylı Kredit Müqaviləsinə əsasən 15249,77 AZN əsas, 835,46 AZN faiz borcu olmaqla, cəmi 16085,23 (on altı min səksən beş manat iyirmi üç qəpik) AZN və dövlət rüsumu kimi ödənilmiş 138,26 (bir yüz otuz səkkiz manat iyirmi altı qəpik) AZN tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №e-2(013)-355/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-355/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver