Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-360/2025 28.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlu, İddiaçı ASC-nin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1556,56 manat əsas, 1,59 manat faiz borcu, 0,88 manat cərimə borcu olmaqla, cəmi 1559,03 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 35,60 manatın ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 016CASA143280004 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə illik 27 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 4460 ABŞ dolları məbləğinə kredit verilmiş, xx.xx.2020-ci il tarixli 16290***-*******01 saylı müqavilə ilə kredit restrukturizasiya edilmiş və qalıq məbləğ müqailə bağlanan günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən konvertasiya edilərək borcalana 12 ay güzəşt müddəti tətbiq edilməklə xx.xx.2025-ci il tarixədək illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 4155,26 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 ilə iddiaçı arsında bağlanmış xx.xx.2024-cü il tarixli 016FİZAM44226501 saylı zaminlik müqaviləsinə əsasən o, əsas kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 ilə iddiaçı arsında bağlanmış xx.xx.2024-cü il tarixli 016FİZAM47812701 saylı zaminlik müqaviləsinə əsasən o, əsas kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin kredit razılaşması üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh2 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 1556,56 manat əsas, 1,59 manat faiz borcu, 0,88 manat cərimə borcu olmaqla, cəmi 1559,03 manat borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər. Bu səbəbdən də məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Məhkəmə hesab edir ki, tələb təmin edilməlidir. xx.xx.2014-cü il tarixli 016CASA143280004 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 24 ay müddətinə illik 27% dərəcəsi ilə 4460 ABŞ dolları məbləğində kredit verilmişdir. ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixinə kredit müqaviləsi üzrə 1556,56 manat əsas, 1,59 manat faiz borcu, 0,88 manat cərimə borcu olmaqla, cəmi 1559,03 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti 5.000 manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti 10.000 manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd olunan Məcəllənin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən isə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada sözügedən kredit müqaviləsi üzrə 1556,56 manat əsas, 1,59 manat faiz borcu, 0,88 manat cərimə borcu olmaqla, cəmi 1559,03 manat pul və iddiaçı tərəfin dövlət rüsumu kimi ödədiyi 35,60 manat alınıb ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada - xx.xx.2014-cü il tarixli 016CASA143280004 saylı kredit müqaviləsi üzrə 1556,56 manat əsas, 1,59 manat faiz borcu, 0,88 manat cərimə borcu olmaqla, cəmi 1559,03 (bir min beş yüz əlli doqquz manat üç qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 35,60 (otuz beş manat altmış qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Azərbaycan respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim :E.Bayramov
Məhkəmə qərarları › İş №e-2(013)-360/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-360/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver