Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-370/2025 14.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc məbləğinin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən №CL-EE002695232 saylı, xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsinə əsasən 4793,01 AZN əsas, 783,99 AZN faiz borcu olmaqla, cəmi 5577 AZN borcun, dövlət rüsumu kimi ödənilmiş 75,77 AZN məbləğin və 0.40 qəpik bank xiddmət haqqının tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, "xxxx" ASC-nin Xırdalan Filialı ilə Cavabdeh arasında bağlanmış № CL-EE002695232 saylı, xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsinə əsasən ona illik 19,9 faizlə 36 ay müddətinə 5000 manat verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etməmişdir. Adı çəkilən kredit müqaviləsinə əsasən xx.xx.2024cü il tarixinə cavabdehin 4793,01 AZN əsas, 783,99 AZN faiz, cəmi 5577 AZN borcu mövcudur. Eyni zamanda iddia ərizəsi verilərkən 75,77 AZN manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixdə 6-2-22/2- 46211/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlamış, həmçinin telefon əlaqəsi yaradaraq iddia tələblərinə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını, tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə məlumatlandırılmış Cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Onunla telefon əlaqəsi yaradılmış, borcunu etiraf etmiş, iddia tələblərini qəbul etmiş, lakin məhkəməyə gələ bilməyəcəyini bildirmişdir. Məhkəmə işdə olan sənədlər əsasında işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir, tələbin rədd edilməsi və ya qismən təmin edilməsi üçün əsas yoxdur. İş materiallarında olan Cavabdeh ilə ASC arasında bağlanmış №CL-EE002695232 saylı, xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətinə, illik 19.9 % dərəcəsi ilə 5.000 manat məbləğində kredit verilmişdir. İddiaçı «Azərbaycan Beynəlxalq Bankı”ASC-nin xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh ASC-yə xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 4793,01 AZN əsas, 783,99 AZN faiz borcu yaranmışdır. Ərizəyə əlavə edilmiş 10 dekabr il tarixli Xəbərdarlıq Bildirişindən görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq da edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh №CL-EE002695232 saylı, xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsinə əsasən 4793,01 AZN əsas, 783,99 AZN faiz borcu, cəmi 5577 AZN borc məbləği, həmçinin dövlət rüsumu kimi ödənilmiş 75,77 AZN məbləğ və 0.40 qəpik bank xiddmət haqqı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin müddəaları baxımından tutularaq "xxxx"-nin xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh - CL-EE002695232 saylı, xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsinə əsasən 4793,01 AZN əsas borc olaraq, 783,99 AZN faiz borcu olaraq, cəmi 5577 (beş min beş yüz yetmiş yeddi) AZN borc, dövlət rüsumu kimi ödənilmiş 75,77 (yetmiş beş manat yetmiş yeddi qəpik) AZN və 0.40 (qırx) qəpik bank xiddmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №e-2(013)-370/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-370/2025
14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver