Məhkəmə qərarları › İş №e-2(013)-3713/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-3713/2025

29.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-3713/2025 29.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2025-ci il tarixinə nəğd kredit müqaviləsi üzrə 4664.69 manat əsas borcun, kart kredit müqaviləsi üzrə isə əsas borc üzrə 209.51 manat, vəfat etdiyi tarixə qədər hesablanmış 13.72 manat faiz borcu olmaqla, cəmi 223.23 manat borcun və 68.88 manat ödənilmiş dövlət rüsumunun, habelə 0.40 manat bank xidməti haqqının əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin Sabunçu filialı ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********96 saylı Tam kart kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300 manat məbləğində, xx.xx.2023-cü il tarixli, BPM**********75 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 21% dərəcəsi ilə 5200 manat məbləğində kredit verilmişdir. X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X2 qalmış mirasa Cavabdeh Ağdam rayon notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Beləliklə Cavabdeh X5 vərəsəsi olduğu müəyyən olmuşdur. Nəticədə cavabdehin "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli, BPM**********96 saylı tam kart kredit müqaviləsi üzrə əsas borc üzrə 209.51 manat, vəfat etdiyi tarixə qədər hesablanmış 13.72 manat faiz borcu olmaqla, cəmi 223.23 manat, xx.xx.2023-cü il tarixli, BPM**********75 saylı kredit müqaviləsi cəmi 4664.69 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə iş üzrə təqdim olunmuş yoxlayaraq, iddia ərizəsinin dəlillərini və iddiaya qarşı əsaslandırılmış etirazın olmamasını nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: xx.xx.2022-ci il tarixli, BPM**********96 saylı “Kredit Müqaviləsi”ndən görünür ki, X6 "xxxx" ASC tərəfindən 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, BPM**********75 saylı “Kredit Müqaviləsi”ndən görünür ki, X6 "xxxx" ASC tərəfindən 48 ay müddətinə, illik 21% dərəcəsi ilə 5200 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, X5 xx.xx.2025-ci il tarixinə, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 209.51 manat əsas, 13.72 manat faiz, 0 manat cərimə olmaqla, cəmi 223.23 manat, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 4664.69 manat əsas borcu yaranmışdır. İş materiallarında olan 4 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ № 341594 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixində ölmüşdür. İşin materiallarında olan Ağdam rayon Notariat Ofisi tərəfindən veriliş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Ağdam rayon Notariat X1 adına reyestr nömrəsi 2V-82 ilə qeydə alınmış, V-23/2024 nömrəli vərəsəlik işi açılmış və vərəsəsi Agdam rayonu, ünvan 1 kəndi ünvanında qeydiyyatda olan və əmlakdan tam hissədə pay alan oğlu Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak, "xxxx" ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi İdarəsinin xx.xx.2024cü il tarixli, 05/02-3/8 nömrəli məktubuna əsasən Mingəçevir Filialının xx.xx.2023cü il tarixli, 185 saylı məktubuna əsasən "xxxx" ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi İdarəsində olan 2000 (iki min) manat sığorta ödənişindən ibarətdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 68.88 manat ödənilmiş dövlət rüsumunun 40 manat hissəsi habelə 0.40 manat bank xidməti haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 28.88 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2000 manat pul və 40 manat ödənilmiş dövlət rüsumu, habelə 0.40 manat bank xidməti haqqı qismində pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissələrdə təmin edilməsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat pul və ödənilmiş 40 (qırx) manat dövlət rüsumu, habelə 0.40 (qırx qəpik) manat bank xidməti haqqı məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 68.88 manat dövlət rüsumunun qalan 28.88 manat hissəsi iddiaçı "xxxx" ASC aid edilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar