Məhkəmə qərarları › İş №e-2(013)-3987/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-3987/2025

29.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-3987/2025 29.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı BOKT "xxxx" MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 500 manat əsas borc, 68 manat faiz borcu, 138 manat komissiya, 194 manat cərimə borcu olmaqla, cəmi 900 manat manat borcun həmçinin ödənilmiş dövlət rüsumu məbləğinin iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC tələbini onunla əsaslandırmışdır ki, BOKT "xxxx" MMC mülki dövriyyədə bir qayda olaraq istehlak məqsədili mikrokreditlərin verilməsini, “Manato.az” internet səhifəsi vasitəsi ilə, “online” qaydada (müştərinin nömrəsinə göndərilən OTP kodunu daxil etməklə) verilir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, **********003 saylı mikrokredit müqaviləsinə əsasən, Cavabdeh 30 gün müddətinə, illik 60.85% olmaqla, 500 manat məbləğində kredit verilmiş və cavabdeh ona verilmiş 500 manat kredit məbləğinimüqavilə üzrə müəyyən edilmiş müddətdə və qaydada borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixli, **********003 saylı kredit müqaviləsi üzrə BOKT "xxxx" MMC-yə 500 manat əsas borc, 68 manat faiz borcu, 138 manat komissiya, 194 manat cərimə borcu olmaqla, cəmi 900 manat manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materialları araşdırılaraq hesab edilir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi, xx.xx.2025-ci il tarixli **********003 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh BOKT "xxxx" MMC tərəfindən 60.85% dərəcəsi ilə, 67.50 manat kreditdən istifadəyə görə haqq, xidmət haqqına görə 137.50 manat ödəmək şərtilə, 500.00 manat məbləğində kredit ayrılmışdır. BOKT "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə, **********003 saylı kredit müqaviləsi üzrə arayış tərtib edilən tarixə, 500 manat əsas, 68 manat faiz, 138 manat komissiya, 194 manat cərimə borcu olmaqla, cəmi 900 manat manat təşkil edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin şərtlərinə əsasən borcun ödənişi gecikdirildikdə borc məbləğinin 0.85%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdehin müqavilə üzrə hesablanmış cərimə borcu 197 manat təşkil edir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, tətbiq olunmuş 194 manat məbləğində cərimənin 170 manat hissəsində cavabdehdən tutulması barədə tələbin hüquqi əsası olmadığından iddia həmin hissədə rədd edilməli, qalan 24 manat hissəsində isə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 500 manat əsas kredit borcu, 68 manat faiz borcu, 138 manat komissiya, 24 manat cərimə borcu olmaqla cəmi, 730 manat borc və 30 manat dövlət rüsumu qismində pul tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 500 manat əsas kredit borcu, 68 manat faiz borcu, 138 manat komissiya, 24 manat cərimə borcu olmaqla cəmi, 730 manat borc və 30 manat dövlət rüsumunun əvəzi pul vəsaiti olmaqla ümumilikdə 760 (yeddi yüz altmış) manat alınaraq iddiaçı “BOKT "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar