Məhkəmə qərarları › İş №e-2(013)-4033/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-4033/2025

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-4033/2025 12.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra- LPO İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada cəmi 5224.45 manat borc olmaqla, bundan 4690.76 manat əsas kredit borcu və 231.44 manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün 302.25 manat faiz borcu və ödənilmiş 72.25 manat dövlət rüsumu pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00/14427/RES saylı “Kredit müqaviləsi”nə əsasən 60 ay müddətinə, 1 il güzəşt müddəti tətbiq edilməklə və illik 1% faiz olmaqla, cəmi 4695 manat məbləğində kredit vəsaitinin verildiyini, buna müvafiq olaraq, tərəflər arasında tərtib edilmiş “ödəniş cədvəli”nə əsasən, kreditin və kredit faizlərinin birgə borcalan tərəfindən banka qaytarılmasının müddətlərinin və qaydasının müəyyən edildiyini, alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsini müqaviləyə əlavə olunmuş və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun həyata keçirildiyini, lakin kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilmədiyini, kreditin və kredit faizlərinin qaytarılmasına dair bu günə kimi borcun ödənilməsi üçün heç bir tədbir görmədiklərini, bundan başqa borcun təminatı olaraq «NBCBank ASC ilə Cavabdeh2 arasında Zaminlik müqaviləsi bağlandığını, hazırda cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməmiş 4690.76 manat əsas kredit borcu, 231.44 manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün 302.25 manat faiz borcu olmaqla, cəmi borcu 5224.45 manat təşkil edir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı LPO İddiaçı ASC-dən məhkəməyə elektron ərizə daxil olmuş və həmin ərizədə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddia tələbini müdafiə etdiklərini göstərilmiş və mülki işə onların iştirakı olmadan baxılmasını və müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Qeyd olunan cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında İddiaçı ASC-yə borcu olmadığını, İddiaçı ASC-dən 00/9627/AFS saylı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə borcunu ödədiyini və borcu olmadığını, bu barədə bank tərəfindən ona arayış verildiyini, LPO İddiaçı ASC-nin ona qarşı qaldırdığı pul tələbinə dair iddia əizəsinin qanunla müəyyən olunmuş müddətdə verilmədiyini, iddia müddəti ötürüldüyünü bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00/14427/RES nömrəli Kredit müqaviləsindən görünür ki, illik 1% olmaqla, 1 il güzəşt müddəti tətbiq edilməklə, cəmi 4695 manat məbləğində kredit 60 ay müddətinə ödəmək şərti ilə Cavabdeh1 verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019cu il tarixli, 00/14427/RES nömrəli Zaminlik müqaviləsindən görünür ki, zamin kreditor İddiaçı ASC qarşısında borclu Cavabdeh1nun xx.xx.2019-cu il tarixli 00/14427/RES nömrəli Kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İş materiallarında olan LPO İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə, xx.xx.2019-cu il tarixli 00/14427/RES nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 4690.76 manat əsas kredit borcu, 231.44 manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün 302.25 manat faiz borcu olmaqla, cəmi 5224.45 manat təşkil edir. Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək ərizəsində LPO İddiaçı ASC-nin ona qarşı qaldırdığı pul tələbinə dair iddia əizəsinin qanunla müəyyən olunmuş müddətdə verilmədiyini, iddia müddəti ötürüldüyünü və iddia müddətinin tədbiq olunması barədə ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 ərizəsində ifadə etdiyi mövqe Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-Mülki Məcəllə) tələblərinə ziddir. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə hesab edir ki, cavabdehin qeyd olunan ərizəsinin qanuni əsası yoxdur. Mülki Məcəllənin 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə 4690.76 manat əsas kredit borcu və 231.44 manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün 302.25 manat faiz borcu olmaqla, cəmi 5224.45 manat pul müştərək qaydada tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 72.25 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4690.76 manat əsas kredit borcu, 231.44 manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün 302.25 manat faiz borcu olmaqla, cəmi 5224.45 (beş min iki yüz iyirmi dörd manat qırx beş qəpik) manat pul vəsaiti və ödənilmiş 72.25 (yetmiş iki manat iyirmi beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar