Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-4091/2025 16.01.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı AccessBank QSC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m üə y y ə n e t d i: İddiaçı AccessBank QSC Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli, 021A********** saylı 2996.92 manat əsas, 243.67 manat faiz, 18.04 manat cərimə, xx.xx.2023-cü il tarixli, 021KK**********01 saylı 294 manat əsas, 119.38 manat faiz olmaqla, cəmi 3672.01 manat borcun və 56.73 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AccessBank QSC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə AccessBank QSC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 021A********** saylı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən bank tərəfindən borcluya, 35 ay müddətinə, aylıq 1.9167% olmaqla, müqavilə şərtlərinə əsasən, 5000 manat məbləğində kredit, xx.xx.2023-cü il tarixli, 021KK**********01 saylı Kart kredit müqaviləsinə əsasən 36 ay müddətinə, 300 manat məbləğində kredit verilmişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdehin iddiaçı banka 021A********** saylı müqaviləsi üzrə 2996.92 manat əsas, 243.67 manat faiz, 18.04 manat cərimə, 021KK**********01 saylı müqaviləsi üzrə 294 manat əsas, 119.38 manat faiz olmaqla, cəmi 3672.01 manat, borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə iş üzrə təqdim olunmuş yoxlayaraq, iddia ərizəsinin dəlillərini və iddiaya qarşı əsaslandırılmış etirazın olmamasını nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: xx.xx.2024-cü il tarixli, 021A********** saylı Kredit müqaviləsi üzrə 35 ay müddətinə, aylıq 1.9167% olmaqla, 5000 manat, xx.xx.2023-cü il tarixli, 021KK**********01 saylı Kredit müqaviləsi üzrə 36 ay müddətinə, 300 manat məbləğində kredit Cavabdeh verilmişdir. AccessBank QSC-nin maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2025-ci il tarixinə, 021A********** saylı kredit müqaviləsi üzrə AccessBank QSC-yə 2996.92 manat əsas, 243.67 manat faiz, 18.04 manat cərimə (cərimə hesablanan gecikdirilmiş günlərin sayı 113 gündür) olmaqla, ümumilikdə cəmi 3258.63 manat, 021KK**********01 saylı kredit müqaviləsi üzrə AccessBank QSCyə 294 manat əsas, 119.38 manat faiz olmaqla, ümumilikdə cəmi 413.38 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 56.73 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 021A********** saylı müqavilə üzrə 2996.92 manat əsas, 243.67 manat faiz, 18.04 manat cərimə, 021KK**********01 saylı müqavilə üzrə 294 manat əsas, 119.38 manat faiz olmaqla, cəmi 3672.01 manat borc və 56.73 manat dövlət rüsumu tutularaq AccessBank QSC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İdddia təmin edilsin. Cavabdehdan xx.xx.2024-cü il tarixli, 021A********** saylı müqavilə üzrə 2996.92 manat əsas, 243.67 manat faiz, 18.04 manat cərimə, xx.xx.2023-cü il tarixli, 021KK**********01 saylı müqavilə üzrə 294 manat əsas, 119.38 manat faiz olmaqla, cəmi 3672.01 (üç min altı yüz yetmiş iki manat bir qəpik) manat borc və dövlət rüsumu qismində ödənilmiş 56.73 (əlli altı manat yetmiş üç qəpik) manat pul alınaraq iddiaçı AccessBank QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-4091/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-4091/2025
16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver