Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-413/2024 16.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı «FİNCA Azərbaycan» MM QBKT-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı «FİNCA Azərbaycan» MM QBKT cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada, kredit müqaviləsi üzrə 3097.00 manat əsas borcun, 619.94 manat faiz borcun, cərimə borcuna görə 367.78 manat olmaqla cəmi 4084.72 manat və 60.85 manat ödənilmiş dövlət rüsumunun iddiaçı «FİNCA Azərbaycan» MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «FİNCA Azərbaycan» MM QBKT tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********313 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 32% olmaq şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişi dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq təşkilat ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmış, müqaviləyə əsasən zaminlər kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Cavabdehlərin təşkilata 3097.00 manat əsas, 619.94 manat faiz, 367.78 manat cərimə olmaqla cəmi 4084.72 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: xx.xx.2022-ci il tarixli, **********313 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 «FİNCA Azərbaycan» MM QBKT tərəfindən 24 ay müddətinə illik 32% olmaq şərtilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, *************-******* saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh1, *************-******* saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh2, *************-******* saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh3 kreditor «FİNCA Azərbaycan» MM QBKT qarşısında birgə borclu Cavabdeh4 xx.xx.2022-ci il tarixli, **********313 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. «FİNCA Azərbaycan» MM QBKT-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 kredit müqaviləsi üzrə «FİNCA Azərbaycan» MM QBKT–yə 3097.00 manat əsas, 619.94 manat faiz, 367.78 manat cərimə olmaqla cəmi 4084.72 manat borcu yaranmışdır. Məhkəmə tələb olunan əsas və cərimə borclarının məbləğləri ilə razılaşsa da faiz borcu ilə razılaşmır. Belə ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçı müqavilə müddətinin sonuna, yəni xx.xx.2025-ci il tarixə hesablanmış 619.94 manat faiz borcunun qaytarılmasını tələb etmişdir ki, məhkəmə bunu əsassız hesab edir və ərizə ilə məhkəməyə müraciət olunan 2023-cü ilin yanvar ayına faiz borcuna görə hesablanmış 467.94 manatın tutulmasını daha əsaslı sayır. Belə ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı-kredit verən 2024-cü ilin yanvar ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iradə ifadəsini yazılı şəkildə bildirmiş və bununla da icra müddəti hələ xx.xx.2025-ci il tarixdə başa çatacaq kredit müqaviləsinin birtərəfli qaydada artıq ləğv olunduğunu bəyan etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci ili tarixli kredit müqaviləsinin 6.1 və 6.1.1-ci bəndlərində qeyd edilir ki, kreditin qaytarılmasında yubanmanın mövcud olması, o cümlədən, ödəniş cədvəlinə müvafiq olaraq faizlərin və cərimə sanksiyalarının ödənilməsinin 3 iş günündən çox yubanması və yaxud müqavilənin 2.2, 6.2-ci bəndlərində nəzərdə tutulmuş hallar olduqda, öhdəliklərin yerinə yetirilməməsi və ya qismən yerinə yetirilməsi və ya kreditin geri ödənişini şübhə altına qoyan digər şəraitin yaranması zamanı kredit verən tam şəkildə kreditin, faiz borcunun və digər ödənişlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı məhz bu hüququndan istifadə edərək tam şəkildə faiz borcunun qaytarılmasını tələb etmişdir. Lakin müqavilənin məzmunundan görünür ki, faiz borcunun tam şəkildə qaytarılması iddiaçı-kredit verənin hüququ kimi nəzərdə tutulsa da cavabdeh-kredit alan bunu lazımınca yerinə yetirəcəyi barədə üzərinə hər hansı öhdəlik götürməmişdir. Belə olan halda, artıq ləğv edilmiş sayılan kredit müqaviləsi üzrə xx.xx.2025-ci il il tarixə hesablanmış faiz borcunun tam şəkildə tutulması tamamilə əsassızdır. Odur ki, məhkəmə faiz borcunun qismən təmin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada, kredit müqaviləsi üzrə 3097.00 manat əsas, 467.94 manat faiz, 367.78 manat cərimə borcu olmaqla cəmi 3932.72 manat və dövlət rüsumu qismində 60.85 manat tutularaq «FİNCA Azərbaycan» MM QBKT-nin xeyrinə ödənilməlidir. İddia qalan hissələrdə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 360, 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2 oğlundan, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 3097.00 manat əsas, 467.94 manat faiz, 367.78 manat cərimə borcu olmaqla cəmi 3932.72 (üç min doqquz yüz otuz iki manat yetmiş iki qəpik) manat borc və dövlət rüsumu qismində ödənilmiş 60.85 (altmış manat səksən beş qəpik) manat pul tutularaq iddiaçı «FİNCA Azərbaycan» MM QBKT-nin xeyrinə ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-413/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-413/2024
16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver