Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-42/2025 01.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 28769,82 manat məbləğində əsas borcun, 2309,47 manat məbləğində faiz borcu olmaqla, cəmi 31.079,29 manat borcun və dövlət rüsumu kimi ödənilən 183,64 manat pulun ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində göstərmişdir ki, ASC ilə Cavabdeh2 arasında bağlanmış 27 noyabr 2023-cü il tarixli, 900804-967839/8 saylı İstehlak Kredit Müqaviləsinə əsasən ona 59 ay müddətinə illik 19 % dərəcəsi ilə 30.000 manat məbləğində kredit verilmiş, eyni zamanda bank və digər Cavabdeh1 arasında 27 noyabr 2023-cü il tarixli, 900804-967839/8 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalan tərəfindən 27 noyabr 2023-cü il tarixli, 900804-967839/8 saylı Kredit Müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərn və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuş, cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 02 sentyabr 2024cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 28769,82 manat məbləğində əsas borcu və 2309,47 manat faiz borcu olmaqla, cəmi 31.079,29 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılması, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürmüş, eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissəhissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Odur ki, cavabdehlərdən müştərək qaydada həmin məbləğlər və dövlət rüsumu kimi ödənilmiş 183,64 manat pul tutularaq ASC-nin xeyrinə verilməlidir, bu barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq iddia tələblərini müdafiə etdiklərini, məhkəmə baxışını onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə məlumatlandırılmış Cavabdeh2 və digər Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişlər. Onlara rəsmi məktublar göndərilmiş, SMS bildirişlər göndərilmiş, lakin cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarında olan təkzibedilməz sübutları qiymətləndirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş 27 noyabr 2023-cü il tarixli, 900804-967839/8 nömrəli İstehlak Kredit Müqaviləsindən görünür ki, Cavabdeh2 59 ay müddətinə, illik 19 % dərəcəsi ilə ödəmək şərti ilə 30.000 AZN məbləğində kredit verilmişdir. Ərizəyə əlavə edilmiş 27 noyabr 2023-cü il tarixli, 900804-967839/8 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, cavabdehlərdən Cavabdeh1 əsas borclu kimi Cavabdeh2 bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. 02 sentyabr 2024-cü il tarixli ARAYİŞdan görünür ki, cavabdehlərin "xxxx" ASC-dən götürdüyü kredit borcuna görə hazırda 28.769,82 manat məbləğində əsas və 2.309,47 manat faiz borcu olmaqla, cəmi 31.079,29 manat məbləğində borcları vardır. Müvafiq ekspertizanın rəyi ilə müqavilə üzrə əsas borcun 29.094,23 manat, faiz borcunun isə 1.996,19 manat olması müəyyən edilmişdir. Ərizəyə əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı ASC tərəfindən xəbərdarlıq edilmişdir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsindən və iş materiallarından görünür ki, Cavabdeh2 1993-cü il təvəllüdlüdür. AA ******* saylı Şəxsiyyət Vəsiqəsindən və iş materiallarından görünür ki, Cavabdeh1 1994-cü il təvəllüdlüdür. Məhkəmənin 21 noyabr 2024-cü il tarixli Qərardadı ilə iddia tərəfinin vəsatəti əsasında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, 27 noyabr 2023-cü il tarixli, 900804- 967839/8 saylı İstehlak Kredit Müqaviləsi üzrə 28769,82 manat məbləğində əsas borc, 2309,47 manat məbləğində faiz borcu, cəmi 31079,29 manat borc məbləğinin hesablanmasının düzgün aparılmasının müəyyən edilməsi, müqavilə üzrə əsas borc və faiz borcunun nə qədər olması ekspertlərə sual edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 yanvar 2025-ci il tarixli Rəyi ilə sözügedən müqavilə üzrə əsas borcun 29.094,23 manat, faiz borcunun isə 1.996,19 manat olması müəyyən edilmişdir. Göründüyü kimi cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öhdəliklərini pozmuşlar, borc öhdəliklərini yerinə yetirməmişlər. Edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklər icra edilməmiş qalmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirə və ya ləğv edə bilər. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 183,64 manat dövlət rüsumu da cavabdehlərdən ASC-nin xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə iddia tələblərindən kənara çıxmayaraq iş materiallarını nəzərdən keçirib, ekspert rəyində qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 28.769,82 manat məbləğində əsas və 1.996.19 manat məbləğində faiz borcu olmaqla, cəmi 30.766.01 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilən 183,64 manat tutularaq ASC-nin xeyrinə verilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən aparılmış ekspertiza təhqiqatının dəyəri olan 50 manat da cavabdehlərdən müştərək olaraq aidiyyəti üzrə tutulmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada - 28769,82 manat məbləğində əsas və 1.996.19 manat məbləğində faiz borcu olmaqla, cəmi 30.766.01 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilən 183,64 manat tutularaq ASC-nin xeyrinə ödənilsin. Aparılmış ekspertiza təhqiqatının dəyəri olan 50 /əlli/ manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək olaraq tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına verilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : E.Bayramov
Məhkəmə qərarları › İş №e-2(013)-42/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-42/2025
01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver