Məhkəmə qərarları › İş №e-2(013)-447/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-447/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-447/2025 15.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada müqavilədən irəli gələn ödənilməmiş 28156.27 manat əsas kredit borcun, 1456.39 manat faiz borcun, 45.15 manat cərimə borcun, cəmi 29657.81 manat məbləğində borcun və ödənilmiş 178.97 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023cü il tarixli 28170***-*******02L nömrəli “Kredit Limiti Müqaviləsi”nə əsasən Cavabdeh1 120 ay müddətinə, 50 000 (əlli min) manat məbləğində kredit limiti ayrılmış və qeyd olunan müqavilənin şərtlərinə uyğun olaraq, xx.xx.2023-cü il tarixli SMS razılaşmasına əsasən Cavabdeh1 48 ay müddətinə, illik 18% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 37000 manat məbləğində kredit vəsaiti verilmişdir. Eyni zamanda kredit üzrə öhdəliklərin icrasının təmini kimi digər cavabdehlər Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli 028FİZAM171360001 saylı zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün İddiaçı ASC qarşısında borclu Cavabdeh1nın xx.xx.2023-cü il tarixli 28170***- *******02L nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşdür. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı ASC-dən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə daxil olmuş və iddiaçı ərizəsində, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada müqavilədən irəli gələn ödənilməmiş 23985.31 manat əsas kredit borcun, 41 manat faiz borcun, 0 manat cərimə borcu olmaqla, cəmi 24026.31 manat məbləğində borcun və ödənilmiş 178.97 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə iddiaçının ərizəsini məqsədəuyğun hesab etdi. İddiaçl İddiaçı ASC-dən xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron ərizə daxil olmuş və iddiaçı ərizəsində, cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı qaldırdıqları iddia tələbini müdafiə etdiklərini, iş üzrə 15 aprel 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəklərini, odur ki, məhkəmə iclasının onların iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddiaçı bank, İddiaçı ASC-yə borcu olduğunu, maddi imkanının yaxşı olmadığı üçün borcunu ödəyə bilmədiyini, hissə-hissə qaytarmağa razı olduğunu və iddianın qanunauyğun həll edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcuna görə zamin olduğunu bildirdi və iddianın qanunauyğun həll edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehlərin izahatlarını və çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 28170***-*******02L nömrəli “Kredit Limiti Müqaviləsi”nə əsasən Cavabdeh1 120 ay müddətinə, 50 000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Qeyd olunan müqavilənin şərtlərinə uyğun olaraq, xx.xx.2023-cü il tarixli SMS razılaşmasına əsasən Cavabdeh1 48 ay müddətinə, 37000 manat məbləğində kredit illik 18% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə borcluya verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 028FİZAM171360001 nömrəli Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 kreditor İddiaçı ASC qarşısında borclu Cavabdeh1 oğlunın 28170***-*******02L nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2025-ci il tarixə kredit müqaviləsi üzrə ödənilməmiş 23985.31 manat əsas, 41 manat faiz, 0 manat cərimə borcu olmaqla, cəmi 24026.31 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, müqavilədən irəli gələn ödənilməmiş 23985.31 manat əsas kredit borcu, 41 manat faiz borcu, cəmi 24026.31 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərəq qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yenə Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ödənilmiş 178.97 manat dövlət rüsumu iddia təmin edildiyindən cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23985.31 manat əsas kredit borcu və 41 manat faiz borcu olmaqla, cəmi 24026.31 (iyirmi dörd min iyirmi altı manat otuz bir qəpik) manat borc və 178.97 (bir yüz yetmiş səkkiz manat doxsan yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar