Məhkəmə qərarları › İş №e-2(013)-458/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-458/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-458/2025 10.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli, 1243İK-SAB/2022 kredit müqaviləsi üzrə 41877.31 manat əsas və 2274.75 manat faiz, 61.09 manat cərimə olmaqla, cəmi 44213.15 manat borcun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 52.48 manat rüsumun və xidmət haqqının, eyni zamanda ödənilmiş 222.64 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Məhəmməd Hadi küçəsində yerləşən ev 82, korpus 5, Giriş B, mənzil 72 ünvanda yerləşən ümumi sahəsi 72.06 kv.m ibarət olan yaşayış sahəsinə (qeydiyyat nömrəs: **********, qeydiyyat tarixi: xx.xx.2022-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********94-05301-093117) yönəldilməsi, qeyd olunan əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracda satılması, həmin satışdan əldə olunan vəsait hesabına qeyd olunan borcun ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə olunan vəsaitin qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Səbail filialı ilə borclu Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 1243İK-SAB/2022 saylı kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən ona, illik 7% olmaqla, 300 ay müddətinə 43000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh mülkiyyət hüquqi ilə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Məhəmməd Hadi küçəsində yerləşən ev 82, korpus 5, Giriş B, mənzil 72 ünvanda yerləşən ümumi sahəsi 72.06 kv.m ibarət olan (qeydiyyat nömrəs: **********, qeydiyyat tarixi: xx.xx.2022-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********94-05301-093117) mənzil iddiaçı "xxxx" ASC qarşısında xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixinə 41877.31 manat əsas və 2274.75 manat faiz, 61.09 manat cərimə olmaqla, cəmi 44213.15 manat borcu mövcuddur. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən cavabdehə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlər göndərilmiş və həmin bildirişlərin qeydiyyata alınması üçün bank tərəfindən 52.48 manat məbləğində rüsum və xidmət haqqı, məhkəmədə iddia qaldırmaq üçün isə, 222.64 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə elektron ərizə daxil olmuş və ərizədə qeyd olunan mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1243İK-SAB/2022 nömrəli Kredit Müqaviləsinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh 300 ay müddətinə qaytarılmaq şərti ilə illik 7 faiz dərəcəsi ilə 43000 (qırx üç min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1243İK-SAB/2022 nömrəli Alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayan "xxxx" ASC-dir, ipoteka qoyan və borc alan Cavabdehdur, ipoteka müqaviləsinin predmeti- Cavabdeh mülkiyyət hüquqi ilə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Məhəmməd Hadi küçəsində yerləşən ev 82, korpus 5, Giriş B, mənzil 72 ünvanda yerləşən ümumi sahəsi 72.06 kv.m ibarət olan mənzildir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidməti publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh məxsus reyestr nömrəsi **********94-05301-093117 olan, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Məhəmməd Hadi küçəsində yerləşən ev 82, korpus 5, Giriş B, mənzil 72 ünvanda yerləşən ümumi sahəsi 72.06 kv.m ibarət olan mənzil öhdəliyin təminatı kimi iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə ipoteka ilə yüklü edilmiş və bu barədə daşınmaz əmlakın Dövlət reyestrində 2243 nömrəli reyestr kitabının 208699 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair Bildirişin surətindən görünür ki, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Məhəmməd Hadi küçəsində yerləşən ev 82, korpus 5, Giriş B, mənzil 72 ünvanda yerləşən ümumi sahəsi 72.06 kv.m ibarət olan mənzil "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. Cavabdehə bildirişdə göstərilən borcun ödənilməsinin kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulmuş əmlaka yönəldilməklə qaytarılması, bununla bağlı çəkilmiş və ya çəkilməli olan bütün xərclərin həmin əmlakın satışından əldə edilən vəsait hesabına ödənilməsi baradə xəbərdar edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Məhəmməd Hadi küçəsində yerləşən ev 82, korpus 5, Giriş B, 72 ünvanda yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixədək, kredit müqaviləsi üzrə 41877.31 manat əsas kredit borcu, 2274.75 manat faiz borcu, 61.09 manat cərimə borcu olmaqla, cəmi borcu 44213.15 manat təşkil edir. Mülki iş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(013)-458/2025 saylı qərardadı ilə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-nə tapşırılmış və ekspertin qarşısında Cavabdeh mülkiyyət hüquqi ilə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Məhəmməd Hadi küçəsində yerləşən ev 82, korpus 5, Giriş B, mənzil 72 ünvanda yerləşən əmlakın hazırkı bazar qiymətinin nə qədər olması barədə suallar qoyulmuşdur. İş materiallarında olan "xxxx" MMC Qiymətləndirmə Mərkəzinin xx.xx.2026-cı il tarixli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Məhəmməd Hadi küçəsində yerləşən ev 82, korpus 5, Giriş B, mənzil 72 ünvanda yerləşən ümumi sahəsi 72.06 kv.m ibarət olan mənzilin orta bazar qiyməti müəyyən edilmişdir. Həmin əmlakın xx.xx.2026-cı il tarixinə olan orta bazar qiyməti 180.000 (bir yüz səksən min) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 269.7-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girovla yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 307.6-cı maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 307.7-ci maddəsinə əsasən, ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn: pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra- «İpoteka haqqında» Qanunun) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. «İpoteka haqqında» Qanunun 39.1-ci maddəsinə əsasən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka qiymətinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 41877.31 manat əsas, 2274.75 manat faiz və 61.09 manat cərimə olmaqla, cəmi 44213.15 manat pul tutularaq iddiaçının xeyrinə ödənilməli, tutmanın cavabdehdə məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Məhəmməd Hadi küçəsində yerləşən ev 82, korpus 5, Giriş B, mənzil 72 ünvanda yerləşən mənzilə yönəldilərək həmin mənzil açıq hərracda satılmalı, göstərilən əmlakın satışından əldə olunmuş pul vəsaiti hesabına qeyd olunan borc ödənilməlidir. İpoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli y/sahəsi, Məhəmməd Hadı küçəsi, ev 82, korpus 05, giriş B, 72 saylı mənzilin ilkin satış qiyməti 180.000 manat müəyyən edilməlidir. Hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılarkən 222.64 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Bundan başqa "xxxx" ASC tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün 52.48 manat rüsum və xidmət haqqı ödənilmişdir. Belə olan halda iş üzrə ödənilmiş 223.04 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 52.48 manat rüsum və xidmət haqqı cavabdehə aid edilməlidir. İpoteka predmeti olan əmlakların qiymətləndirməsinə dair aparılmış tədqiqatın 350 manat dəyəri cavabdehdən tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 41877.31 manat əsas, 2274.75 manat faiz və 61.09 manat cərimə olmaqla, cəmi 44213.15 (qırx dörd min iki yüz on üç manat on beş qəpik) manat məbləğində pul, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 52.48 (əlli iki manat qırx səkkiz qəpik) manat rüsumu və xidmət haqqının, eyni zamanda ödənilmiş 222.64 (iki yüz iyirmi iki manat altmış dörd qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Həmin tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli y/sahəsi, Məhəmməd Hadı küçəsi, ev 82, korpus 05, giriş B, 72 saylı mənzilə yönəldilsin, həmin əmlak ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə açıq hərracda satılsın və əldə edilmiş vəsaitdən 41877.31 manat əsas, 2274.75 manat faiz və 61.09 manat cərimə olmaqla, cəmi 44213.15 (qırx dörd min iki yüz on üç manat on beş qəpik) manat məbləğində pul, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 52.48 (əlli iki manat qırx səkkiz qəpik) manat rüsumu və xidmət haqqının, eyni zamanda ödənilmiş 222.64 (iki yüz iyirmi iki manat altmış dörd qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İpoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli y/sahəsi, Məhəmməd Hadı küçəsi, ev 82, korpus 05, giriş B, 72 saylı mənzilin ilkin satış qiyməti 180.000 (bir yüz səksən min) manat müəyyən edilsin. Hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc Cavabdeh tutulsun. İş üzrə aparılmış İpoteka predmeti olan əmlakların qiymətləndirməsinə dair aparılmış tədqiqatının 350 (üç yüz əlli) manat dəyəri Cavabdeh tutularaq AZ 1065 Bakı şəhəri, M.Naxcıvani küçəsi 10-da yerləşən "xxxx" MMC-yə xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rafiq Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar