Məhkəmə qərarları › İş №e-2(013)-599/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-599/2025

20.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-599/2025 20.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 172.63 manat sığorta ödənişi məbləğinin, 30.00 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 202.63 (iki yüz iki manat altmış üç qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixində, PAA********** saylı sığorta müqaviləsi bağlanmış və «Geeiy MK» markalı, ** NC *** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmaqla, sığorta təminatı almışdır. xx.xx.2018-ci il tarixdə Cavabdeh idarə etdiyi «Geeiy MK» markalı, ** NC *** dövlət qeydiyyat nişanlı avtomaşınla yol-nəqliyyat hadisəsi törədərək «İveco Crealis» markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və qeyd olunan avtomaşına zərər yetirmişdir. Hadisə nəticəsində "xxxx" ASC dəymiş zərəri aradan qaldıraraq 172.63 manat sığorta ödənişi həyata keçirilmişdir. Həmin yol-nəqliyyat hadisəsinin baş verməsində Nəsimi RPİ DYPŞnin arayışına əsasən Cavabdeh zərər vuran qismində qeyd edilmişdir. Həmçinin Cavabdeh yol nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayınmışdır. Subroqasiya hüququnun yaranması barədə iddiaçı tərəfindən bildirişlər göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh 172.63 manat borcun ödənilməsindən yayınmışdır . Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə iş üzrə təqdim olunmuş materialları yoxlayaraq, iddia ərizəsinin dəlillərini və iddiaya qarşı əsaslandırılmış etirazın olmamasını nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Cavabdeh idarə etdiyi, xx.xx.2019-cu il tarixdən, xx.xx.2020-ci il tarixədək "xxxx" ASC-də avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığorta növündə, PAA********** nömrəli sığorta şəhadətnaməsi üzrə sığortalanmış, «Geeiy MK» markalı, ** NC *** dövlət qeydiyyat nişanlı avtomobillə, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində «İveco Crealis» markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə, avtomobilə ümumilikdə 172.63 manat məbləğində maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması, Nəsimi RPİ DYPŞ-nin xx.xx.2018-ci il tarixli, İXP ******* saylı qərarında öz əksini tapmış, belə ki, o, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 327.6cı maddəsi il təqsirli bilinmişdir. xx.xx.2019-cu il tarixli Sığorta Aktına əsasən C- MİC-0508/18 nömrəli sığorta şəhadətnaməsi üzrə, "xxxx" ASC tərəfindən «İveco Crealis» markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə görə "xxxx" MMC-yə ödənilmişdir. Bu halda iddiaçının 172.63 manat məbləğində pulu cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ vardır. Həmçinin, "xxxx" ASC məhkəməyə müraciət edərkən 30.00 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 21.2-ci maddəsinin tələbinə görə başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş soğortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.3-cü maddəsinə əsasən, faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Mülki Məcəllənin 936.6-ci maddəsinə əsasən, həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci madəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsaslarla ( nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (subroqasiya) hüququ vardır. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsasən, məhkəmə sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən «İveco Crealis» markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə ödənilmiş 172.63 manat sığorta ödənişi və ödənilmiş 30.00 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehdən 172.63 manat sığorta ödənişi, 30.00 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 202.63 (iki yüz iki manat altmış üç qəpik) manat məbləöində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar