Məhkəmə qərarları › İş №e-2(013)-631/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-631/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-631/2025 25.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, GTZK9256542B299 saylı Kredit Müqaviləsinə əsasən 1100 manat əsas, 780.86 manat faiz olmaqla, cəmi 1308.74 manat borcun, xx.xx.2024-cü il tarixli, BRCB6762932B299 saylı Kredit Müqaviləsinə əsasən 1310.46 manat əsas, 195.28 manat faiz, cəmi 1505.74 manat borcun və 48.14 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli, GTZK9256542B299 saylı Kredit Müqaviləsinə əsasən cavabdehə məxsus karta 12 ay müddətinə, illik 37% dərəcəsi ilə 1200 manat, xx.xx.2024-cü il tarixli, BRCB6762932B299 saylı Kredit Müqaviləsinə əsasən cavabdehə məxsus karta 35 ay müddətinə 1500 manat məbləğində kredit vəsaiti mədaxil edilmişdir. Lakin cavabdeh dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, kredit üzrə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixinə, İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli, GTZK9256542B299 saylı kredit müqaviləsi üzrə cəmi 1308.74 manat, xx.xx.2024cü il tarixli, BRCB6762932B299 saylı kredit müqaviləsi üzrə cəmi 1505.74 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə iş üzrə təqdim olunmuş yoxlayaraq, iddia ərizəsinin dəlillərini və iddiaya qarşı əsaslandırılmış etirazın olmamasını nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: xx.xx.2024-cü il tarixli, GTZK9256542B299 saylı Kredit Müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən kredit müqaviləsinin şərtlərinə əsasən 1200 manat məbləğində, xx.xx.2024-cü il tarixli, BRCB6762932B299 saylı Birbank Cashback Kredit Xətti Müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən kredit müqaviləsinin şərtlərinə əsasən 1500 manat məbləğində kredit verilmişdir İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə, GTZK9256542B299 saylı kredit müqaviləsi üzrə 1100 manat əsas, 780.86 manat faiz olmaqla, cəmi 1308.74 manat, BRCB6762932B299 saylı kredit müqaviləsi üzrə 1310.46 manat əsas, 195.28 manat faiz olmaqla, cəmi 1505.74 manat borcu yaranmışdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 48.14 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən GTZK9256542B299 saylı kredit müqaviləsi üzrə 1100 manat əsas və 780.86 manat faiz olmaqla, cəmi 1308.74 manat, BRCB6762932B299 saylı kredit müqaviləsi üzrə 1310.46 manat əsas, 195.28 manat faiz olmaqla, cəmi 1505.74 manat borc və 48.14 manat dövlət rüsumu qismində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, GTZK9256542B299 saylı kredit müqaviləsi üzrə 1100 manat əsas və 780.86 manat faiz olmaqla, cəmi 1308.74 (bir min üç yüz səkkiz manat yetmiş dörd qəpik) manat borc, xx.xx.2024-cü il tarixli, BRCB6762932B299 saylı kredit müqaviləsi üzrə 1310.46 manat əsas, 195.28 manat faiz olmaqla, cəmi 1505.74 (bir min beş yüz beş manat yetmiş dörd qəpik) manat borc və ödənilmiş 48.14 (qırx səkkiz manat on dörd qəpik) manat dövlət rüsumunun əvəzi pul vəsaiti alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar