Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-700/2024 18.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı «X1»ın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı «X1» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 3066.52 manat (bundan 2886.57 manat əsas borc və 179.95 manat faiz borcu olmaqla) məbləğində xx.xx.2024-cü il tarixə olan kredit borcunun və ödənilmiş 50.66 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı «X1»ın Bakı Filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № 1.162 kredit müqaviləsinə əsasən, bank tərəfindən borcluya 36 ay müddətinə istifadə haqqı 19% olmaqla 5000 manat məbləğində kredit vəsaitinin verildiyini, borcun təminatı olaraq Cavabdeh1 ilə 260 saylı zaminlik müqaviləsinin bağlandığını, lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırdığını, xx.xx.2024-cü il tarixinədək Cavabdeh2nun banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 2886.57 manat əsas, 179.95 manat faiz olmaqla, cəmi 3066.52 manat borcu olduğunu, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlərin müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina etdiklərini bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı «X1»dan məhkəməyə elektron ərizə daxil olmuş və həmin ərizəsində xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında üzürlü səbəblərdən bankın nümayəndəsinin iştirak edə bilməyəcəyini, iclasın nümayəndənin iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsi barədə qətnamənin qəbul edulmədini məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 izahatında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə «X1»ın Bakı filialından 36 ay müddətinə istifadə haqqı 19% olmaqla 5000 manat məbləğində ehtiyacları olduğu üçün kredit götürdüyünü, lakin daha sonra maddi vəziyyətlərinin daha da pisləşməsi səbəbindən banka olan borclarını ödəyə bilmədiklərini, hissə-hissə ödəməyə razı olduğunu bildirdi və iddianın qanuna uyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə «X1»ın Bakı filialı ilə Cavabdeh2 arasında xx.xx.2021ci il tarixli kredit müqaviləsi bağlandığını, onun həmin müqavilə üzrə zamin qismində öhdəlikləri tam olaraq boynuna götürdüyünü, lakin maddi vəziyyətlərinin yaxşı olmaması səbəbindən banka olan borclarını ödəyə bilmədiklərini, hissə-hissə ödəməyə razı olduqlarını bildirdi və iddianın qanuna uyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehlərin izahatlarını və çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan «X1»ın Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, №1.162 Kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan Əlavəndən görünür ki, Cavabdeh2 36 ay müddətinə, illik 19% dərəcəsi tətbiq edilməklə 5000 (beş min) manat məbləğində kredit vermişdir. İş materiallarında olan «X1»ın Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli №260 Zaminlik müqaviləsindən görünür ki, zamin kreditor qarşısında borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, №1.162 Kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İş materiallarında olan «X1» tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2nun xx.xx.2024-cü il tarixinə, kredit müqaviləsi üzrə ödənilməmiş 2886.57 manat əsas borcu və 179.95 manat faiz olmaqla, cəmi 3066.52 manat borcu təşkil edir. Mülki Məcəllənin 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçı «X1»ın Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən irəli gələn 2886.57 manat əsas borc və 179.95 manat faiz borcu olmaqla cəmi 3066.52 manat borc cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı «X1»ın xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 50.66 manat dövlət rüsumu iddia təmin edildiyindən cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2886.57 manat əsas borc və 179.95 manat faiz borcu, cəmi 3066.52 (üç min altmış altı manat əlli iki qəpik) manat borc və ödənilmiş 50.66 (əlli manat altmış altı qəpik) manat dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı «X1»ın xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-700/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-700/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver