Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-75/2025 14.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədirliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus Hyundai Sonata minik markalı ** HL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulmuş maddi ziyana görə 4440 manat, avtomobilə baxış keçirilməsi üçün ödənilmiş 59 manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 65 manat dövlət rüsumu olmaqla, cəmi 4564 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, cavabdehin bu günə qədər heç bir məbləğ ödəmədiyini, işə onun iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə araşdırmaları zamanı məlum oldu ki, qeyd olunan iş üzrə cavabdeh olan Cavabdeh 07 noyabr 2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, qeyd olunan iş üzrə cavabdeh olan Cavabdeh xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, yuxarıda göstərilmiş hallar iddia ərizəsinə əsasən başlanmış iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7, 262.1, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın və çəkilmiş xərcin ödənilməsi tələbinə dair iddia ərizəsinə əsasən başlanmış iş üzrə Cavabdeh aid hissəsində icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-75/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-75/2025
14.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver