Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-76/2024 17.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, X3 və Cavabdeh1 qarşı pul və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə mülki işə 17 yanvar 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 5 il müddətinə (bir il güzəşt müddəti tətbiq edilməklə) illik 1 faizlə 3311 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq T.B.Hüseynova ilə bank arasında ipoteka müqaviləsi bağlanmış, T.B.Hüseynovanın mülkiyyətində Göyçay şəhəri Natəvan küçəsi, ev 7, mənzil 10 ünvanında yerləşən 5 mərtəbəli binanın, 5-ci mərtəbəsində, 66.1 kv.metr yaşayış, 27.5 kv.metr yardımçı, 93.6 kv.metr ümumi sahədən ibarət, 4 otaqlı mənzil xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Cavabdeh2 banka olan borcunu ödəmədiyini və nəticədə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3308,69 manat əsas, 118,17 manat faiz, 0,07 manat cərimə – cəmi 3426,93 manat borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 54,27 manat dövlat rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 51 manat dövlat rüsumunun Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, T.B.Hüseynovaya (İpoteka qoyana) xüsusi mülkiyyət hüququ əsasında maxsus olan ünvan 1 ünvanda yerləşən, 5 mərtəbəli binanın, 5-ci mərtəbəsində, 66.1 kv.m yaşayış, 27.5 kv.m yardımçı 93.6 kv.m ümumi sahədən ibarət, 4 otaqlı mənzilə yönəldilməsi, yuxandakı əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satşdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlər T.B.Hüseynova və Cavabdeh1 əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 nümayəndəsi qismində məhkəmədə izahat verən T.S.Süleymanov iddianı qismən etiraf edərək tələbin faiz və cərimə borcu hissəsi istisna olmaqla qalan hissədə təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh2, T.B.Hüseynova və Cavabdeh1 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən təkrarən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə cavabdehlərin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştiraklarıı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 5 il müddətinə (bir il güzəşt müddəti tətbiq edilməklə) illik 1 faizlə 3311 manat kredit verilmişdir. xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, borc üzrə öhdəliklərin icrasının təmini kimi cavabdeh T.B.Hüseynova mülkiyyətindəki Göyçay şəhəri Natəvan küçəsi, ev 7, mənzil 10 ünvanında yerləşən 5 mərtəbəli binanın, 5-ci mərtəbəsində, 66.1 kv.metr yaşayış, 27.5 kv.metr yardımçı, 93.6 kv.metr ümumi sahədən ibarət, 4 otaqlı mənzili ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti 40000 manat məbləğində qiymətləndirilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX 0176135, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013 olan çıxarışın surətindən görünür ki, Göyçay şəhəri Natəvan küçəsi, ev 7, mənzil 10 daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 154 nömrəli vərəqində T.B.Hüseynovanın adına qeydə alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023 olan çıxarışın surətindən görünür ki, Göyçay şəhəri Natəvan küçəsi, ev 7, mənzil 10 ipotekaya qoyulması daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 154 nömrəli vərəqində qeydə alınmışdır. İddiaçı tərəfin cavabdehlərə ünvanladığı məktubun surətindən görünür ki, öhdəliklərin icra edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmişdir. İddiaçı ASC-nin təqdim etdiyi arayışdan görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh2 əsas borcu 3308,69 manat, faiz borcu 118,17 manat, cərimə borcu isə 0,07 manat təşkil edir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh2 5 il müddətinə (bir il güzəşt müddəti tətbiq edilməklə) illik 1 faizlə 3311 manat məbləğində kredit verməklə üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə 3308,69 manat əsas məbləğdən, 118,17 manat faizdən borclu qalmaqla öhdəliyi icra etməmişdir. Borc üzrə öhdəliklərin icrasının təmini kimi cavabdeh T.B.Hüseynova mülkiyyətindəki Göyçay şəhəri Natəvan küçəsi, ev 7, mənzil 10 ünvanında yerləşən 5 mərtəbəli binanın, 5-ci mərtəbəsində, 66.1 kv.metr yaşayış, 27.5 kv.metr yardımçı, 93.6 kv.metr ümumi sahədən ibarət, 4 otaqlı mənzili ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti 40000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh2 müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur.Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 319.1-ci maddəsində göstərilmişdir ki, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsində qeyd olunmuşdur ki, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə baxışında məlum olmuşdur ki, Cavabdeh2 iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncu üzərinə düşən öhdəlikləri icra etmədikdə, borc verənə cərimə borcunu ödəməyi üzərinə götürmüşdür. Cavabdeh2 müqavilənin tələblərinə uyğun olaraq 0,07 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-cü maddəsində qeyd olunmuşdur ki, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh2 3308,69 manat əsas, 118,17 manat faiz, 0,07 manat cərimə - cəmi 3426 (üç min dörd yüz iyirmi altı) manat 93 (doxsan üç) qəpik, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 54,27 manat dövlat rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 51 manat dövlat rüsumu tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma ipoteka predmeti olan X2 məxsus Göyçay şəhəri Natəvan küçəsi, ev 7, mənzil 10 ünvanında yerləşən 5 mərtəbəli binanın, 5-ci mərtəbəsində, 66.1 kv.metr yaşayış, 27.5 kv.metr yardımçı, 93.6 kv.metr ümumi sahədən ibarət, 4 otaqlı mənzilə yönəldilsin, ipoteka predmeti açıq hərracda satılsın, satşdan əldə olunmuş vəsait kredit borcuna yönəldilsin və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh2 tutulsun. İpoteka predmeti olan mənzilin ilkin satış qiyməti 40000 manat müəyyən edilsin. İpoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlər X3 və Cavabdeh1 əşyaları ilə birlikdə həmin mənzildən çıxarılsın və mənzilin boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-76/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-76/2024
17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver