Məhkəmə qərarları › İş №e-2(013)-790/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-790/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-790/2025 19.03.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6090,78 AZN məbləğində əsas borcun, 541,68 AZN məbləğində faiz borcunun, 209,48 manat məbləğində cərimə borcunun, cəmi 6841,94 AZN məbləğində borcun və ödənilmiş 90 manat dövlət rüsumunun alınaraq ASC-nın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsində göstərir ki, cavabdeh ilə ASC arasında 06 mart 2023-cü il tarixli Nağd Pul Layihəsi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 17,5 % dərəcəsi ilə 9000 AZN məbləğində kredit verilmişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəməyə müraciət olunanda Cavabdeh 6090,78 AZN məbləğində əsas borcu, 541,68 AZN məbləğində faiz borcu, 209,48 manat cərimə borcu, cəmi 6841,94 AZN məbləğində borcu yaranmış, həmçinin ödənilmiş 90 manat dövlət rüsumu da ondan tutulmalıdır. Bu barədə qətnamə çıxarılması xahiş olunur. İddiaçı ASC-nin nümayəndəsi Kamran Əlizadə məhkəməyə ərizə ünvanlayaraq iddia tələblərinə onların iştirakı olmadan baxılmasını və iddialarının təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələblərini qəbul etdi. Bildirdi ki, hazırda Sumqayıt şəhəri ərazisində yerləşən Azərbaycan Respublikası DİN Daxili Qoşunlararında xidmət edir. İddiaçı ASC-dən götürdüyü məbləğlərin ödənişlərini vaxtında etmiş, lakin sonradan ardışının xəstəliyi ilə bağlı ödənişləri edə bilməmişdir. Hazırda 1200 manat əmək haqqı alır. Hər ay 200 manatdan olmaqla ödənişləri edə bilər. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə araşdırılmış sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, iddia tələbləri qismən təmin olunmalıdır. 09 iyul 2020-ci il tarixdə verilmiş AA ******* saylı Şəxsiyyət Vəsiqəsindən görünür ki, Cavabdeh Ağdam Rayonu Zəngişalı kəndində qeydiyyatdadır. Ərizəyə əlavə edilmiş 24 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 6090,78 AZN məbləğində əsas borc, 541,68 AZN məbləğində faiz borcu, 209,48 manat cərimə borcu, cəmi 6841,94 AZN məbləğində borc tutulmalıdır. Ərizəyə əlavə edilmiş 06 mart 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borcluya 36 ay müddətinə illik 17,5 % dərəcəsi ilə 9000 AZN məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh götürdüyü 9000 AZN məbləğində krediti 06 mart 2026-cı il tarixədək ödəyib qurtarmalıdır. Ərizəyə əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı ASC məhkəmədə iddia qaldırılması ilə bağlı 90 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 448-450-ci maddələrinə uyğun olaraq «borcalan» borcunu vaxtında ödəmədiyinə görə məsuliyyət daşımaqla ödənişlər etməlidir, belə ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı iddia ərizəsində cavabdehdən 209,48 manat məbləğində cərimə pulu tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qanunverici dəbbə pulunun azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin daxili qoşunlarda xidmət etməsini, dəbbə pulunu ödəmək imkanında olmamasını, onun yüksək məbləğdə dəbbə pulu ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, tutulmalı olan cərimənin məbləği müqavilə üzrə 20 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 90 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 6090,78 AZN məbləğində əsas borc olaraq, 541,68 AZN məbləğində faiz borcu, 20 manat məbləğində cərimə borcu, cəmi 6652.46 AZN məbləğində borc və ödənilmiş 90 manat dövlət rüsumu alınaraq iddiaçı ASC-nın xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh - 6090,78 AZN məbləğində əsas borc, 541,68 AZN məbləğində faiz borcu, 20 manat məbləğində cərimə borcu, cəmi 6652.46 AZN məbləğində pul və iddia tərəfinin dövlət rüsumu kimi ödədiyi 90 /doxsan/ manat alınıraq İddiaçı ASC-nin hesabına ödənilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar