Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-802/2025 18.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11.664.20 manat məbləğində sığorta ödənişinin və 124.99 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 11.789.19 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, Cavabdeh xx.xx.2021-ci il tarixində «Mersedes Benz 280» markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı Şəhəri Xətai rayonu Sadıqcan küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də sığortalanmış «Kia Rio» markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün İddiaçı tərəfindən 11.664.20 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin ASC-yə təqdim etdiyi arayışa əsasən «Mersedes Benz 280» markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Yolnəqliyyat hadisəsi ilə bağlı Bakı Şəhəri Xətai RPİ DYPŞ-dən xx.xx.2021-ci il tarixli, TP 329252 saylı X3 Qərar daxil olmuş və qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülmüşdür. Qeyd olunanlara əsasən iddaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 11.664.20 manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Bildirilir ki, ASC tərəfindən Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli, AS-23/1381 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək ödənilməmişdir. Aşağıda göstərilənlərə əsasən hesab olunur ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçınə 11.789.19 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınmalıdır. Bu barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iştirak etməmişdir. Onun məlum olan ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, məlum olan telefonuna SMS məlumat verilmiş, həmçinin qeydiyyatda olduğu icra nümayəndəliyinə məktub verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə görə cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Yaşayış yeri və olduğu yer haqqında Azərbaycan Respublikasının 04 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə görə fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İşin materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh Ağdam Rayon Ağdam Şəhərində qeydiyyatdadır. Bu səbəbdən də məhkəmə bildirişi 24 fevral 2025-ci il tarixdə Ağdam Rayon İHB-nın Ağdam Şəhəri İƏD üzrə Nümayəndəliyinə təqdim edilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, hesab edir ki, iddia tələbi cavabdehə münasibətdə təmin edilməlidir. İş materiallarından məlumdur ki, Cavabdeh xx.xx.2021-ci il tarixində «Mersedes Benz 280» markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı Şəhəri Xətai rayonu, Sadıqcan küçəsində yol-nəqliyyat hadisəsi törətmiş, «Kia Rio» markalı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Bakı Şəhər Xətai Rayon Polis İdarəsinin X5 Şöbəsinin xx.xx.2021-ci il tarixli, TP ******* saylı Qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası DİN-nin MAPS Şöbəsinin 25 noyabr 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.1987-ci il tarixdə Ağdam rayonunda anadan olmuş və hazırda Ağdam şəhəri, Eldar Bağırov küçəsi ev 56-da qeydiyyatdadır. xx.xx.2019-cu il tarixli, 013661 saylı Ödəniş Tapşırığından görünür ki, ASC tərəfindən X2 11.664.2 manat sığorta ödənişi verilmişdir. Kia Motorsun xx.xx.2019-cu il tarixli, QÜSUR AKTına uyğun olaraq «Kia Rio» markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 12.100,2 manat zərər təyin edilmiş, İddiaçı sığortalıya 11.664,20 manat sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Normanın mənasına görə sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olmuş şəxsə qarşı zərərçəkənin sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə görə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və /və ya/ müvafiq hallarda sığrta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinin ümumi mənasına görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır, delikt nəticəsində fiziki və ya hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Göründüyü kimi Cavabdeh hazırkı hadisənin baş verməsində təqsiri sübut olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 11.664,20 manat məbləğində sığorta ödənişi və 124,99 manat dövlət rüsumu kimi ödənilmiş məbləğ, cəmi 11789,19 tutulub İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrini tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Yusifov X1 11.664,20 manat məbləğində sığorta ödənişi və 124,99 manat dövlət rüsumu kimi ödənilmiş məbləğ, cəmi 11.789,19/on bir min yeddi yüz səksən doqquz manat on doqquz qəpik/ tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 1 /bir/ ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Bayramov
Məhkəmə qərarları › İş №e-2(013)-802/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-802/2025
18.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver