Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-822/2025 08.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə 3039.88 (üç min otuz doqquz manat səksən səkkiz qəpik) manat və ödənilmiş 60 manat mediyasiya xərci pul vəsaitinin iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsi ilə onun satıcı kassir vəzifəsinə işə qəbul edilməsi, xx.xx.2023-cü il tarixli 327 saylı əmrlə administrator vəzifəsinə keçirilməsi və «X4» haqqında müqavilə imzalanması, xx.xx.2024-cü il tarixli 111 saylı əmrlə işdən azad edilməsi, cavabdeh E.Quliyevin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində İddiaçı MMC-nin OBA Ağdam 15 magazasında çalışdıgı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin cəmiyyətə zərər vurması müəyyən edildiyi, xx.xx.2024-cü il tarixli «İnventarizasiya Nəticələrinə» dair Akta əsasən yekun ziyan məbləğinin 2963.37 manat, xx.xx.2024-cü il tarixli «İnventarizasiya Nəticələrinə» dair Akta əsasən yekun ziyan məbləğinin 2299.30 manat borcu olmasını və 3039.88 manat məbləğin hələ də cavabdeh tərəfindən ödənilmədiyi, borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsədə heç bir nəticə əldə edilmədiyini bildirmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Ağdam Rayon Məhkəməsinin 2(013)-822/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərardadı ilə qeyd olunan mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmış və məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi X1 məhkəməyə ərizə daxil olmuş və iddiaçının nümayəndəsi ərizəsində iddia tələbini müdafiə etdiklərinı, xx.xx.2025-ci il tarixə təyin edilmiş mülki işə onların iştirakı olmadan baxılaraq müvafiq qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 671 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh – Cəmiyyətin Satış Əməliyyatları X2 Şəbəkəsinə xx.xx.2021-ci il tarixdən Satıcı kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 327 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh – Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin xx.xx.2023-cü il tarixdən Administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh təftiş yoxlaması və təhfil-təslim işlərinin nəticəsi olaraq xx.xx.2024-cü il tarixində 2963.37 manat, xx.xx.2024-cü il tarixində 2299.30 manat çatışmazlığı olması müəyyən edilmiş, daha sonra keçən dövr ərzində müvafiq güzəştlər tətbiq edilmişdir. Beləliklə Cavabdeh xx.xx.2023-cü il tarixinə ümumilikdə borcu 3039.88 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, «Piersack Belçikaya qarşı» işüzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, «X3rşı» işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bununla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 3039.88 manat məbləğində pul vəsaiti İddiaçı MMC–nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 60 manat mediyasiya xərci ödənilmişdir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 60 manat mediyasiya xərci iddia təmin edildiyindən cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə 3039.88 (üç min otuz doqquz manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti, mediyasiya üçün ödənilmiş 60 (altmış) manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-822/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-822/2025
08.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver