Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-911/2024 13.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 13 iyun 2024-cü il tarixdə Ağdam rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKT ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən kreditin əsas borcu üzrə 12533.17 manat qalıq, 830.51 manat faiz, 1000 manat cərimə olmaqla cəmi 14363.68 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 133 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda olan 0.0116 ha torpaq sahəsi və üzərində yerləşən 64.9 kv.m ümumi, 44.1 kv.m yaşayış, 20.8 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı 4A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 40.000 manat məbləğində müəyyən olunmaqla açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaitinin kredit müqaviləsi üzrə cəmi 14363.68 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 133 manat məbləğində pulun ödənilməsinə yönəldilərək İddiaçı BOKT ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İş üzrə İddiaçı BOKT ASC-nin nümayəndəsi Səfa Seyidbalayevdən məhkəməyə elektron ərizə daxil olmuş və həmin ərizədə qeyd olunan iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını, işin baxılmamış saxlanılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə baxış iclasına gəlməmiş və məhkəmədən işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin, ona əlavə olunmuş sənədlərin geri qaytarılması və işin baxılmamış saxlanılması barəsində ərizə verildiyinə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri tərəflərə izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.4, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı cavabdehdən kreditin əsas borcu üzrə 12533.17 manat qalıq, 830.51 manat faiz, 1000 manat cərimə olmaqla cəmi 14363.68 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 133 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda olan 0.0116 ha torpaq sahəsi və üzərində yerləşən 64.9 kv.m ümumi, 44.1 kv.m yaşayış, 20.8 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı 4A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 40.000 manat məbləğində müəyyən olunmaqla açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaitinin kredit müqaviləsi üzrə cəmi 14363.68 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 133 manat məbləğində pulun ödənilməsinə yönəldilərək İddiaçı BOKT ASC-nin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı BOKT ASC-yə qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-911/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-911/2024
13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver