Məhkəmə qərarları › İş №e-2(013)-949/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-949/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-949/2025 21.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2024-cü il tarixli, RGTK0367533C180 saylı kredit müqaviləsinə əsasən 10296,43 AZN əsas, 373,27 AZN faiz borcu olmaqla, cəmi 10.669,70 AZN borcun və dövlət rüsumu kimi ödənilmiş 122,01 AZN məbləğin tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK0367533C180 saylı Kredit Müqaviləsinə əsasən ona 83 ay müddətinə, illik 21 % dərəcəsi ilə 10296,43 AZN məbləğində ona kredit verilmişdir. Kredit müqaviləsinin şətrlərinə əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin xx.xx.2025ci il tarixə ASC-yə xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 10296,43 AZN əsas, 373,27 AZN faiz, cəmi 10669,70 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlamış, həmçinin telefon əlaqəsi yaradaraq iddia tələblərinə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını, tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh iş materiallarında olan, müqaviləni bağladığı zaman özünün verdiyi ünvana rəsmi məktublar göndərilmiş, SMS bildirişlər göndərilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir, tələbin rədd edilməsi və ya qismən təmin edilməsi üçün əsas yoxdur. İş materiallarında olan Cavabdeh ilə ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK0367533C180 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 83 ay müddətinə, illik 21 % dərəcəsi ilə 10296,43 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə ASC-yə xx.xx.2024-cü il tarixli, RGTK0367533C180 saylı kredit müqaviləsinə əsasən 10296,43 manat əsas, 373,27 manat faiz, cəmi 10669,70 manat kredit borcu yaranmışdır. Ərizəyə əlavə edilmiş 15 yanvar 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq da edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh Ağdam Rayon Muğanlı kəndinin qeydiyyatındadır, Yevlax Şəhər Köçkünlər Qəsəbəsində məskunlaşıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh E.Bağırovdan xx.xx.2024-cü il tarixli, RGTK0367533C180 saylı kredit müqaviləsinə əsasən 10296,43 AZN əsas, 373,27 AZN faiz borcu olmaqla, cəmi 10669,70 AZN məbləgində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, həmçinin MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçının dövlət rüsumu kimi ödədiyi 122,01 manat da cavabdehdən iddia tərəfinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh - xx.xx.2024-cü il tarixli, RGTK0367533C180 saylı kredit müqaviləsinə əsasən 10296,43 AZN əsas, 373,27 AZN faiz borcu olmaqla, cəmi 10.669,70 (on min altı yüz altmış doqquz manat yetmiş qəpik) AZN və dövlət rüsumu kimi ödənilmiş 122,01 (bir yüz iyirmi iki manat bir qəpik) AZN tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar