Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1/2024 11.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında xx.xx.2015-ci il tarixli 15-xx-xx-015531 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, X3 48 (qırx səkkiz) ay müddətinə, illik 28 (iyirmi səkkiz) % olmaqla 2572 (iki min beş yüz yetmiş iki) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli 15-xx-xx-015531 saylı Kredit müqaviləsi üzrə “Muğan Bank" Açıq Səhmdar Cəmiyyətinə əsas borcu - 157.96 (bir yüz əlli yeddi.96) ABŞ dolları, faiz borcu - 0 (sıfır) ABŞ dolları, ümumilikdə 157.96 (bir yüz əlli yeddi.96) ABŞ dolları məbləğində borc təşkil edir. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, X1 vərəsəsi – Cavabdeh1dur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Odur ki, Cavabdeh1 ümumilikdə 157.96 (bir yüz əlli yeddi.96) ABŞ dolları (əsas borcu- 157.96 (bir yüz əlli yeddi.96) ABŞ dolları, faiz borcu-0 (sıfır) ABŞ dolları) məbləğin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edəsiniz. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi cavahdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh1 qarşı borc tələbinə dair mülki iş məhkəmənin icraatında olarkən cavabdeh xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmənin sorğusu əsasında müəyyən edilmişdir ki, mərhumun mülkiyyətində olan ünvan 1 ünvanda oğlu xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh2 ailəsi ilə birgə yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Bu səbəbdən iddia tələbi üzrə cavabdeh olan Cavabdeh1 Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddiaçı "xxxx" ASC-nin cavabdeh X7 və digərlərinə qarşı kredit borcunun tutulmasına dair mülkü işin məhkəmə prosesi xx.xx.2024-cü il tarixə saat 17:20 təyin edilmişdir. İş yükünün çoxluğu ilə əlaqədar nümayəndə məhkəmə prosesində iştirak edə bilməyəcək, göstərilənləri nəzərə alaraq məhkəmə prosesinin iştirakları olmadan keçirilməsi və iddianın təmin olunması xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, qayınanam X2 adına başqa adam üçün “Muğan Bank" ASC-nin İsmayıllı filialından kredit götürmüşdülər, sonradan həmin kredit vaxtında ödənilmədi və borc yarandı. Bundan sonra başqa bir şəxs həmin krediti ödəmək üçün pul verdi və həmin filiala gedərək 1400 ABŞ dolları ödədilər. Bundan sonra onlara borclarının tamamilə ödənildiyi və heç bir borclarının qalmaması deyildi. Neçə ildən sonra isə hazırkı iddia ilə məhkəməyə müraciət ediblər və onlardan pul tələb edirlər. Əgər borc var idisə, niyə kompensasiya verilmişdi?! Həmçinin, onlar qəbz verilmişdir ki, borc tam bağlanıb. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin materiallarında olan “Muğan Bank" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında xx.xx.2015-ci il tarixli 15-xx-xx-015531 saylı kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən “Muğan Bank" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 48 (qırx səkkiz) ay müddətinə, illik 28 (iyirmi səkkiz) % olmaqla 2572 (iki min beş yüz yetmiş iki) ABŞ dolları məbləğində kredit verilmişdir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, M/19-1238/3 saylı maliyyə arayışından görünür ki, X1 xx.xx.2015-ci il tarixli 15-xx-xx-015531 saylı Kredit müqaviləsi üzrə “Muğan Bank" Açıq Səhmdar Cəmiyyətinə əsas borcu - 0 (sıfır) ABŞ dolları, faiz borcu – 157,96 (yüz əlli yeddi, 96) ABŞ dolları, ümumilikdə 157,96 (yüz əlli yeddi, 96) ABŞ dolları məbləğində borc təşkil edir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış bildirişdən görünür ki, Cavabdeh1 bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6927 saylı rəyindən görünür ki, rəyin təqdiqat hissəsində göstərilənlərə iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixll, 15-xx-xx-015531 sayli kredit müqaviləsində qeyd şərtləri nəzərə alaraq Cavabdeh1 08 aprel 2019-cu il tarixə (sual üzrə tarixə) "xxxx" ASC olan borcu 1396,11 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 772,14 ABŞ dolları, faiz borcu 623,97 ABŞ dolları, həmçinin hesabdan çıxarış məlumatlarından göründüyü kimi xx.xx.2019-cu il tarixdə 856,70 ABŞ dolları məbləğində cari hesaba kompensasiya mədaxil olunmuşdur. Qeyd edilir ki, hazırkı ekspertiza zamanı hesabdan çıxarış məlumatlarında Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixdən sonra 991,28 ABŞ dolları məbləğində ödəniş + kompensasiya aparılması müəyyən edilir. Lakin ekspert qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda xx.xx.2019-cu il tarixədək göstərildiyindən 991,28 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/9452 saylı rəyindən görünür ki, rəyin təqdiqat hissəsində göstərilənlərlə iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixll, 15-xx-xx-015531 sayli kredit müqaviləsində qeyd şərtləri nəzərə alaraq Cavabdeh1 08 aprel 2019-cu il tarixə (sual üzrə tarixə) "xxxx" ASC-yə olan borcu 404,83 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 0,00 ABŞ dolları, faiz borcu 404,83 ABŞ dollarıdır. İşin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 3(103)-54/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilməsi, “Muğan Bank» Açıq Səhmdar Cəmiyyəti müflis elan edilməsi, Əmanətlərin Sığortalanması Fondu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin öhdəliklərinin icrasına tətbiq olunan moratorium müddətində bankın işçilərinin əməkhaqqı üzrə ödənişlərinin (Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin üzvlərinə ödənişlər istisna olmaqla), habelə bankın cari təsərrüfat xərcləri üzrə ödənişlərinin aparılmasına moratorium tətbiq olunmamasına icazə verilməsi qərar alınmışdır. İşin materiallarında olan xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X1 vərəsələri Cavabdeh1 və X5r. Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 ailə üzvüləri arvadı – xx.xx.1952-ci il təvəllüdlü X6 (ölüb), oğlu – xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh2, oğlu – xx.xx.1974-cü il təvəllüdlü X9, qızı – xx.xx.1978-ci il təvəllüdlü X4r. İşin materiallarında olan Ağdaş rayonu Ağdaş Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 adına olan ünvanda onun oğlu Cavabdeh2 və Nümayəndə yaşayır. İşin materiallarında olan xx.xx.2016-cı il tarixli qəbzin surətindən görünür ki, X8 1400 ABŞ dolları ödəniş etmişdir. Həmin qəbzin üzərində olan əlavə qeyddən görünür ki, “verilmiş məbləğ tam ödənilmişdir. xx.xx.2016 (imza)” qeyd olunmuşdur. Həmçinin, filialın möhürü ilə təsdiq edilmiş digər qeyddən görünür ki, “X8na verilən kreditə xx.xx.2016-cı il tarixdə ödəniş olaraq tam bağlanmışdır (imza)” qeyd olunmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Məhkəmənin sorğusuna əsasən ləğv prosesində olan "xxxx" ASC-dən daxil olmuş məlumatdan görünür ki, X6 ilə bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi Fərmanın təsir dairəsinə düşmüşdür. 1456,39 AZN kompensasiya ödənilmiş, lakin borca yönəldilməmişdir. Kompensasiya məbləğini Cavabdeh1 qəbul etmişdir. Kredit müqaviləsi üzrə ödənişlər barədə məlumat təqdim etdikləri hesabdan çıxarışda öz əksini tapmışdır. xx.xx.2016-cı ildə 1400 ABŞ dolları ödəniş edilmiş, bunun 1335,89 ABŞ dolları əsas borca, 64,11 ABŞ dolları isə faiz borcuna silinmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, “Muğan Bank" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında xx.xx.2015-ci il tarixli 15-xx-xx-015531 saylı kredit müqaviləsinə əsasən “Muğan Bank" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 48 (qırx səkkiz) ay müddətinə, illik 28 (iyirmi səkkiz) % olmaqla 2572 (iki min beş yüz yetmiş iki) ABŞ dolları məbləğində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və hazırda iddiaçı xx.xx.2022-ci il tarixli, M/19-1238/3 saylı maliyyə arayışına əsas borcu üzrə 0 (sıfır) ABŞ dolları, faiz borcu üzrə 157,96 (bir yüz əlli yeddi, 96) ABŞ dolları, ümumilikdə 157,96 (bir yüz əlli yeddi, 96) ABŞ dolları məbləğində pul tələb edir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-54/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. X6 öldüyünüdən xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsələri Cavabdeh1 və X9 olmuşdur. Daha sonra Cavabdeh1 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Eyni zamanda məhkəmənin sorğusuna əsasən daxil olmuş məlumata əsasən X6 ilə bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi Fərmanın təsir dairəsinə düşmüşdür. 1456,39 AZN kompensasiya ödənilmiş, lakin borca yönəldilməmişdir. Kompensasiya məbləğini Cavabdeh1 qəbul etmişdir. Kredit müqaviləsi üzrə ödənişlər barədə məlumat təqdim etdikləri hesabdan çıxarışda öz əksini tapmışdır. xx.xx.2016-cı ildə 1400 ABŞ dolları ödəniş edilmiş, bunun 1335,89 ABŞ dolları əsas borca, 64,11 ABŞ dolları isə faiz borcuna silinmişdir. Həmçinin, ekspert rəyi ilə qeyd olunur ki, xx.xx.2015-ci il tarixli 15-xxxx-015531 saylı kredit müqaviləsi üzrə əsas borc qalmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, hazırda iddia tələbi 157,96 ABŞ dolları əsas borcun tələbi ilə bağlı olsa da, ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisənin əsasını təşkil edən kredit müqaviləsi üzrə əsas borc qalmamışdır. Bundan başqa, məhkəməyə təqdim olunmuş bankın filialının möhürü ilə təsdiq edilmiş qəbzin üzərindəki qeydlərdən də görünür ki, mübahisənin əsasını təşkil edən kredit müqaviləsi üzrə borc tam bağlanmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia tələbi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin 200 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin 200 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-1/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1/2024
11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver