Məhkəmə qərarları › İş №e-2(014)-1018/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1018/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1018/2024 08.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “borcun və faizin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun və faizin ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş şəhəri, Yeniarx kəndində yaşayan Cavabdeh xx.xx.2013-cü il tarixli borc müqaviləsi üzrə 2147 manat əsas borcu və 1288 manat faiz üzrə borcun, cəmi 3435 manat borcun həmçinin dövlət rüsumu hesabına ödədiyi 55 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən sahibkar mağazasında sahibkarlıq və elektronik əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli borc müqaviləsinə əsasən VAZ2107 markalı ** OE *** dövlət nömrə nişanlı minik avtomaşının alınması məqsədi ilə cavabdehə 24 ay müddətinə, yəni xx.xx.2015-ci il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 3800 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Cavabdeh xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə cəmi 1653 manat ödəniş aparmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin həmin şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2013-cü il tarixli müqavilə üzrə iddiaçıya əsas borcunun məbləği 2147 manat təşkil edir. Həmin müqavilələrin 2.4-cü bəndinə əsasən cavabdeh bu müqavilələrin 1 saylı əlavəsinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə borcalan müddəti keçmiş dövr ərzində illik 60 faiz məbləğində artırılmış faizləri kreditora ödəməlidir. Lakin Cavabdeh maddi vəziyyətini nəzərə alaraq müddəti ötürdüyü və və bu gecikməyə görə iddiaçıya vurduğu maddi ziyana görə artırılmış faiz üzrə borcunun xx.xx.2013-cü il tarixli borc müqaviləsi üzrə 1288 manat tələb edir. Hazırda Cavabdeh iddiaçıya xx.xx.2013-cü il tarixli borc müqaviləsi üzrə 2147 manat əsas borcu və 1288 manat hesablanmış faiz üzrə borcu, cəmi 3435 manat, borcu yaranmışdır. Cavabdeh iddiaçıya olan borcunu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə uyğun olaraq qaytarmaqdan yayındığından aralarında yaranmış mülki mübahisə məhkəmə qaydasında həll edilməlidir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirdi ki, iddianı müdafiə edir, özü səhhəti ilə bağlı müalicələr aldığı üçün Ağdaş rayonunda deyildir. Ona görə də qeyd edilən tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmir. İşə iştirakı olmadan baxılmasına razıdır. Odur ki, yazdıqlarını nəzərə alaraq iddia tələbinə İddiaçı Cavabdeh qarşı borcun və faizin ödənilməsi tələbinə dair işə iştirakı olmadan baxılaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsnini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin materiallarında olan İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli borc müqaviləsinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə ümumi borcu 2147 (iki min bir yüz qırx yeddi) manat təşkil edir. İşin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh 24 ay müddətinə hər ay 138 manat ödənilməsi şərti ilə 3800 manat borc ayırmışdır. İşin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli borc müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalan bu müqavilənin 1 nömrəli əlavəsində göstərilən ödəniş cədvəlinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə, “Borcalan” müddəti keçmiş dövr ərzində illik 60 (altmış) faiz məbləğində artırılmış faizləri satıcıya ödəməlidir. İşin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh göndərilmiş 25 avqust 2024cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı borcalana 15 iyul 2013-cü il tarixli borc müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 55 (əlli beş) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə cavabdehin ərizəsini nəzərə alaraq, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, mülki işin materiallarına əlavə edilmiş müqavilənin adı borc müqaviləsi kimi qeyd olunsa da işin müəyyən edilmiş hallarından görünür ki tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında həmin müqavilə xx.xx.2013-cü il tarixdə bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Bundan əlavə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixli müqaviləsi üzrə tələb edilən 1288 manat faiz borcu yox, dəbbə puludur, belə ki, tərəflər arasında bağlanmış müqavilələrdə faiz borcunun hesablanması və dəbbə pulu nəzərdə tutulmamışdır, lakin dəbbə pulu həmin müqavilələrin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və müqavilə üzrə əsas borc məbləği ilə müqayisədə həddən artıq yüksək məbləğdir. xx.xx.2013-cü il tarixli müqaviləsi üzrə tələb edilən əsas borcun miqdarının 2147 manat, təşkil etdiyi halda dəbbə pulunun miqdarının xx.xx.2013-cü il tarixli müqaviləsi üzrə 1288 manat məbləğində olması borclunun mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən gecikməyə görə artırılmış dəbbə pulunun miqdarının əsas borcun miqdarı ilə müqayisədə yüksək olması və işin digər faktiki halları nəzərə alınmaqla iddiaçının cavabdehdən xx.xx.2013-cü il tarixli müqaviləsi üzrə tələb edilən 1288 manat dəbbə pulu tələbinə dair hissəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 41.47 (qırx bir manat qırx yeddi qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 2147 (iki min bir yüz qırx yeddi) manat əsas borc və 41.47 (qırx bir manat qırx yeddi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar