Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1042/2025 22.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ əsasında 2233 (iki min iki yüz otuz üç) məbləğin tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya hüququ əsasında 2233 (iki min iki yüz otuz üç) məbləğin tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil Ağdaş rayonu ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Vaz 21063” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və maddi ziyan vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Ağdaş rayon Məhkəməsi tərəfindən tərtib olunan qərara əsasən “Mercedes Benz” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh inzibati xəta törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi“Mercedes Benz” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2233 (iki min iki yüz otuz üç) manat məbləğində maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsi üzrə İAS241988 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 2233 (iki min iki yüz otuz üç) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh yol-nəqliyyat avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. Buna görə də “Mercedes Benz” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. Bütün yuxarıda göstərilənləri rəhbər tutaraq, Cavabdeh 2233 (iki min iki yüz otuz üç) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğini, 42.30 (qırx iki, otuz) manat dövlət rüsumu, ümumilikdə 2275.30 (iki min iki yüz yetmiş beş, otuz) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında 2233 (iki min iki yüz otuz üç) məbləğin tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağdaş rayon Polis şöbəsinin Yol Patrul xidməti tərəfindən tərtib edilmiş 24 iyul 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Cavabdeh Ağdaş şəhəri, Heydər Əliyev prospektində yerləşən avtoyuma mərkəzlərin birində “Mercedes-Benz G 550” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobildə avtoyumada təmizlik işləri apararkən həmin avtomobilə əyləşmiş və onu arxaya hərəkət etdirmiş, bu zaman arxa tərəfdə dayanmış “VAZ 2106” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə dəymişdir. Həmin vaxt “VAZ 2106” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsində təmizlik işləri aparan X1 yüngül xəsarət yetirmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinməklə ona 1 (bir) ay 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan 05 sentyabr 2024-cü il tarixli sığorta ödənişi aktından görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh idarəetmə hüququ olmadan idarə etdiyi “Mercedes Benz” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə manevr etmə qaydalarını pozması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VAZ 21063” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və 2233 (iki min iki yüz otuz üç) manat maddi ziyan vurulmuşdur. İş materiallarında olan 05 sentyabr 2024-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X2 2233 (iki min iki yüz otuz üç) manat məbləğində ödəniş edilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 42,33 (qırx iki manat otuz üç qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh Ağdaş şəhəri, Heydər Əliyev prospektində yerləşən avtoyuma mərkəzlərin birində “Mercedes-Benz G 550” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobildə avtoyumada təmizlik işləri apararkən həmin avtomobilə əyləşmiş və onu arxaya hərəkət etdirmiş, bu zaman arxa tərəfdə dayanmış “VAZ 2106” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə dəymişdir. Həmin vaxt “VAZ 2106” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsində təmizlik işləri aparan X1 yüngül xəsarət yetirmişdir. Bundan sonra Ağdaş rayon Polis şöbəsinin Yol Patrul xidməti tərəfindən tərtib edilmiş 24 iyul 2024cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmiş və Ağdaş Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli qərarı Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinməklə ona 1 (bir) ay 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. 05 sentyabr 2024-cü il tarixli sığorta ödənişi aktına əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2233 manat maddi ziyan vurulmuş və 05 sentyabr 2024-cü il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən X2 2233 manat məbləğində ödəniş edilmişdir. Hazırada"xxxx" ASC həmin 2233 (iki min iki yüz otuz üç) maddi ziyanın əvəzi olan pulun Cavabdeh tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2233 (iki min iki yüz otuz üç) manat yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 42,30 (qırx iki manat otuz üç qəpik) manat dövlət rüsumu olmaqla. ümumilikdə 2275,30 (iki min iki yüz yetmiş beş manat otuz qəpik) manatın tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2233 (iki min iki yüz otuz üç) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 42,30 (qırx iki manat otuz üç qəpik) manat dövlət rüsumu olmaqla. ümumilikdə 2275,30 (iki min iki yüz yetmiş beş manat otuz qəpik) manatın tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-1042/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1042/2025
22.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver