Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1058/2022 25.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair işə 25 avqust 2022-ci il tarixdə Ağdaş rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 11000 manat və ödənilmiş 123 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında izahatında bildirmişdir ki, 2020-ci ilin təxminən dekabr aynda həmyerlisi olan Cavabdeh1 İddiaçı 11000 manat məbləğində pul alaraq yaxın qohumu olan X8 torpaq sahəsini alaraq ona verəcəyini bildirmişdi. O torpağa görə 15000 manat pul istəmiş, Cavabdeh1 ona pulun 4000 manatını özü vercəyəni qalan 11000 manatın onun verməli olduğunu bildirmişdir. Buna görə də İddiaçın razılaşıb 11000 manatı Cavabdeh1 təqdim etmişdir. Lakin dəfələrlə Cavabdeh1 və X6 pulunu tələb etsə də pulu ödəməkdən imtina etmişlər. Cavabdeh1 ilə mübahisə barədə aralarında səsyazma mövcuddur. Səsyazma pulun alınmasını təsdiq edir. Eyni zamanda Cavabdeh2 hazırda vəfat etmişdir. Onun oğlu Cavabdeh2 onun qanuni vərəsəsi kimi tanınmışdır.xx.xx.2021-ci ildə Ağdaş rayon Notariat Ofisində vərəsəlik işi açılmış miras qəbul olunmuşdur. Cavabdeh2 hazırda vərəsəsi kimi ona qarşı yönəldilməsi olan tələbə cavab verməlidir.Cavabdeh2 vəfat etmiş mərhum X8 vərəsəsi kimi tanındığından ona qarşı iddia qaldırmaq hüquqları var və hazırda həmin hüququndan istifadə edirlər. Onun miras kimi qəbul etdiyi əmlak tələb etdiyi borcdan çoxdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini, Cavabdeh2 və Cavabdeh1dan 11000 manat və ödənilmiş 123 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan heç bir pul almadığını, həqiqətən də iddiaçı ilə aralarında telefon danışıqları olduğunu, həmin telefon danışıqları zamanı iddiaçıya 10000 manat pul qaytaracağını bildirdiyini, hüquqi savadı olmadığından həmin sözü dediyini, vəkili ilə məsləhətləşdikdən sonra heç kimə pul qaytarmağa məcbur olmadığını başa düşdüyünü bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında X8 onun atası olduğunu, digər Cavabdeh1 qohumları olduğunu, qohum kimi Cavabdeh1 ilə münasibətlərinin soyuq olduğunu, Cavabdeh1 ilə onun atası arasında torpaq mübahisələri olduğunu, Cavabdeh1 onun atasın heç bir pul vermədiyini, iddia tələbinin ona münasibətdə əsassız olduğunu bildirməklə iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X16 ifadəsində Faiq həkimlə dostluq münasibətləri olduğunu, bir neçə il bundan əvvəl restoranda onun və bacısı oğlu Elvinin yanında 11000 manatın pulun Cavabdeh1 verildiyini, həmin pulun 4000 manatını o, 3000 manatını isə həkimin bacısı oğlu Elvirin verdiyini, pulun torpaqla bağlı verildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X17 ifadəsində iddiaçının onun dayısı olduğunu, bir gün dayısının ona zəng etdiyini, onu gəlib götürərək bir yerə getmək lazım olduğunu dediyini, gəlib dayısını götürüb Məhərrəm adlı şəxsgilə getdiklərini, həmin evin yanında dayandıqda Rəşid adlı şəxsin də orda olduğunu, içəri daxil olduqlarını, dayısının, Məhərrəmin, səhv etmirsə Rəşidin də yaşlı bir kişi ilə söhbət etdiklərini, həmin yaşlı kişinin böyük məbləğ istədiyini, dayısının razılaşmadığını, restorana getdiklərini, sonradan Məhərrəmin 11000 manata razılaşdıracağını dediyini, onun 3000 manatını özü verdiyini, restoranda dayısının, Məhərrəmin, Rəşidin iştirak etdiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını, şahid ifadələrini dinləyib, iş matеriallarını tədqiq еdərək hеsab еdir ki, iddia qismən təmin еdilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixdə vəfat etmiş X9 vərəsəlik işi üzrə notariat işinin surətindən məlum olur ki, Cavabdeh2 notariat ofisinə ərizə verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X4 vəfat etmişdir. Ondan qalan mirası nədən ibarət olmasından asılı olmayaraq (həmçinin mirasın passivini) qəbul edir. Bu ərizənin ləğv edilə bilməməsi, həmçinin mirasın qəbulu barədə qanunvericiliyin tələbi notarius tərəfindən ona izah edilsin. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 noyabr 2021-ci il tarixli AZ-İİ 203563 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X18 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Eymur kənd soveti tərəfindən verilmiş xx.xx.1970-ci il tarixli A3 ******* saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh2 xx.xx.1970-ci il tarixdə Ağdaş rayon Eymur kəndində anadan olmuşdur. X4, anası X2r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.11..2021-ci il tarixli 3280 saylı arayışdan məlum olur ki, xx.xx.1938-ci il tarixdə Ağdaş rayon, Qaradeyin kəndində anadan olmuş və ölüm akt qeydində sonuncu yaşayış yeri Ağdaş.H.Əliyev pr 66 ünvanı qeyd olunmuş mərhum X18 ilə ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2021-ci ildək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir. Həyat yoldaşı:X3, qızı: X12, oğlu:Cavabdeh2, qızı: X13, qızı:X10. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 4309 saylı arayışın surətindən məlum olur ki, Ağdaş.H.Əliyev pr 66 ünvanda yaşayan X1 həyat yoldaşı X18 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhumun aşağıdakı varisləri vardır. X3-mərhumun yoldaşı, qızı: X12, oğlu:Cavabdeh2, qızı: X13, qızı:X10. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 4307 saylı arayışın surətindən məlum olur ki, X18 vəfat etdiyi günədək Ağdaş şəhər, H.Əliyev pr 66 saylı evdə yaşamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 4308 saylı arayışın surətindən məlum olur ki, X3 mərhum X18 ilə Ağdaş şəhər, H.Əliyev pr 66 saylı evdə yaşamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X3 tərəfindən verilmiş ərizədən məlum olur ki, əri X18 xx.xx.2021-ci ildə vəfat etmişdir. Ondan miras əmlak qalmışdır. O mirasdan bütövlükdə digər vərəsə oğlu Cavabdeh2 xeyrinə imtina edir. Notarius tərəfindən mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması, AR MM-nin 1268-ci maddəsinə əsasən mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməməsi ona izah edilməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X11 tərəfindən verilmiş ərizədən məlum olur ki, X4 xx.xx.2021-ci ildə vəfat etmişdir. Ondan miras əmlak qalmışdır. O mirasdan bütövlükdə digər vərəsə qardaşı Cavabdeh2 xeyrinə imtina edir. Notarius tərəfindən mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması, AR MM-nin 1268-ci maddəsinə əsasən mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməməsi ona izah edilməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qaradeyin kənd soveti tərəfindən verilmiş 25 mart 1968-ci il tarixli A3 ******* saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X13 xx.xx.1967-ci il tarixdə Ağdaş rayon Eymur kəndində anadan olmuşdur. X4, anası X2r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X14 ilə X13 nikahlarını xx.xx.1991-ci il tarixdə 81 saylı qeyd ilə qeydə aldırmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X15 tərəfindən verilmiş ərizədən məlum olur ki, X4 xx.xx.2021-ci ildə vəfat etmişdir. Ondan miras əmlak qalmışdır. O mirasdan bütövlükdə digər vərəsə qardaşı Cavabdeh2 xeyrinə imtina edir. Notarius tərəfindən mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması, AR MM-nin 1268-ci maddəsinə əsasən mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməməsi ona izah edilməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X10 tərəfindən verilmiş ərizədən məlum olur ki, X4 xx.xx.2021-ci ildə vəfat etmişdir. Ondan miras əmlak qalmışdır. O mirasdan bütövlükdə digər vərəsə qardaşı Cavabdeh2 xeyrinə imtina edir. Notarius tərəfindən mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması, AR MM-nin 1268-ci maddəsinə əsasən mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməməsi ona izah edilməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(014)-45/2022 saylı qətnamənin surətindən məlum olur ki, iddia qismən təmin edilmiş, Cavabdeh2 Ağdaş rayonu, Heydər Əliyev pr 66 ünvanında yerləşən İddiaçı məxsus 0.0375 ha torpaq sahəsinin zəbt etmiş olduğu 46 kv.m hissəsindən çıxarılması, həmin torpaq üzərində İddiaçı sahiblik, istifadə və sərəncam vermək hüquqları bərpa edilməsi və həmin torpaq sahəsinin onun sahibliyinə qaytarılması, həmin torpaq sahəsi üzərində İddiaçı sahiblik və istifadə hüquqlarını məhdudlaşdıran qeyri-qanuni hüquqa zidd hərəkətləə son qoyulmaqla gələcəkdə bu cür hərəkətlərə yol verilməsi Cavabdeh2 qadağan edilməsi,iş üzrə məhkəmə xərci olan aparılmış ekspertiza tədqiqatının dəyəri 406 manat Cavabdeh2 tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş telefon danışıqlarının stenoqramından görünür ki, Cavabdeh1 11000 manat pul aldığını etiraf etməklə, 10000 manat hissəsini qaytarmağı öz öhdəsinə götürmüşdür Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 İddiaçı 11000 manat məbləğində pul alaraq yaxın qohumu olan X8 torpaq sahəsini alaraq ona verəcəyini bildirmişdir. Cavabdeh1 İddiaçı 11000 AZN məbləğində borcu vardır. İddiaçı Cavabdeh1 verdiyi pulu geri istəsə də, Cavabdeh1 iddiaçının borcunu ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəхslər mülki hüquqlаrı öz mənаfеlərini gеrçəkləşdirmək üçün irаdələrinə uyğun оlаrаq əldə еdir və həyаtа kеçirirlər. Оnlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvеriciliyə zidd оlmаyаn hər hаnsı müqаvilə şərtləri qоymаqdа sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. AR MM: 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Yuxarıda qeyd edilən hüquq normalarını məhkəmə iclasında müəyyən edilmiş işin faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 11000 AZN manat pul tutularaq İddiaçı xeyrinə ödənilməli, digər Cavabdeh2 münasibətdə isə atası Cavabdeh2 pulun verilməsi təsdiqi tapmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh1 ödənilmiş 123 manat dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ЕTDİ : İddiа qismən təmin еdilsin. Cavabdeh1 11000 (on bir min) manat pul tutularaq İddiaçı xeyrinə verilsin. Ödənilmiş 123 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə ( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №e-2(014)-1058/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1058/2022
25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver