Məhkəmə qərarları › İş №e-2(014)-1061/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1061/2022

07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1061/2022 07.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh2 18 ay müddətinə qaytarılmaq şərti ilə 1340 (min üç yüz qırx) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 18 mart 2021-ci il tarixli, 259-ASM-0184-21 saylı krеdit müqaviləsi bağlanmışdır. Krеdit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh1 zamin durmuşdur. Müqavilənin 2.1.1-ci bəndinə əsasən “Borcalan” müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini borcalan və zamindən tələb edə bilər. Həmçinin müqavilənin 2.6.2-ci bəndinə görə borcalan kredit müqaviləsi üzrə öhdəlikərini icra etmədikdə və ya lazımı qaydada icra etmədikdə, zamin borcalanın borcverən qarşısında götürdüyü bütün öhdəlikləri borcverənin ilk tələbilə heç bir iddia irəli sürmədən dərhal icra etməyi öz öhdəsinə götürür. Krеdit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh2 xx.xx.2022-ci il tarixə əsas borcu 1293,49 AZN (min iki yüz doxsan üç manat, 49 qəpik), faiz borcu 284,11 AZN (iki yüz səksən dörd manat, 11 qəpik), cərimə borcu 194,02 AZN (yüz doxsan dörd manat, 02 qəpik), olmaqla ümumi borcu 1771,62 AZN (min yeddi yüz yetmiş bir manat, 62 qəpik) təşkil edir ki, bu borcunda cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, götürülən bоrcun qaytarılması ilə bağlı cavabdehlər tərəfindən hеç bir təşəbbüs göstərilməmişdir. Cavabdehlərə göndərilmiş 16 iyul 2021-ci il tarixli, 16000/21, 16001/21 saylı, 16 sentyabr 2021-ci il tarixli, 16446/21 saylı və 16 sentyabr 2021-ci il tarixli, 16447/21 pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Göründüyü kimi cavadehlər müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc 1293,49 (min iki yüz doxsan üç manat, qırx doqquz qəpik) manat, faiz borcu 284,11 (iki yüz səksən dörd manat, on bir qəpik) manat, cərimə borcu 194,02 (yüz doxsan dörd manat, iki qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 38,12 (otuz səkkiz manat, on iki qəpik) manat dövlət rüsumunun əvəzi, ümumilikdə 1809,74 (min səkkiz yüz doqquz manat, yetmiş dörd qəpik) manat borcun idddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki- Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 259-ASM-0184-21 saylı kredit müqaviləsinə əsasən QSC Cavabdeh2 18 ay müddətinə 1340 manat məbləğində kredit vermişdir. İşin materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 259-ASM-0184-21 saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2021-ci il tarixli, 259-ASM-0184-21 saylı müqavilə üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür və zamin kreditor qarşısında borcalanla birgə məsuliyyət daşıyır. İşin materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən verilmiş N MA-0025156-25 saylı, xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 259- ASM-0184-21 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixə əsas borc üzrə 1293,49 (min iki yüz doxsan üç manat, qırx doqquz qəpik) manat, faiz borcu 284,11 (iki yüz səksən dörd manat, on bir qəpik) manat, cərimə borcu 194,02 (yüz doxsan dörd manat, iki qəpik) manat olmaqla, ümumi borcu 1771,62 (min yeddi yüz yetmiş bir manat, altmış iki qəpik) manat təşkil edir. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən Cavabdeh2 göndərilmiş xx.xx.2021-ci il tarixli son xəbərdarlıq məktubundan görünür ki, QSC borcalana xx.xx.2021-ci il tarixli, 259-ASM-0184-21 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 37,72 (otuz yeddi manat, yetmiş iki qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 259-ASM-0184-21 saylı kredit müqaviləsinə əsasən QSC Cavabdeh2 18 ay müddətinə 1340 manat məbləğində kredit vermiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 QSC tərəfindən xəbərdarlıq edilmələrinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların QSC-yə ümumilikdə 1771,62 (min yeddi yüz yetmiş bir manat, altmış iki qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 1293,49 (min iki yüz doxsan üç manat, qırx doqquz qəpik) manat, faiz borcu üzrə 284,11 (iki yüz səksən dörd manat, on bir qəpik) manat, cərimə borcu üzrə 194,02 (yüz doxsan dörd manat, iki qəpik) manat olmaqla, ümumilikdə 1771,62 (min yeddi yüz yetmiş bir manat, altmış iki qəpik) manat borc və 38,12 (otuz səkkiz manat, on iki qəpik) manat dövlət rüsumu və bank xidməti haqqının əvəzi alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 1293,49 (min iki yüz doxsan üç manat, qırx doqquz qəpik) manat, faiz borcu üzrə 284,11 (iki yüz səksən dörd manat, on bir qəpik) manat, cərimə borcu üzrə 194,02 (yüz doxsan dörd manat, iki qəpik) manat olmaqla, ümumilikdə 1771,62 (min yeddi yüz yetmiş bir manat, altmış iki qəpik) manat borc və 38,12 (otuz səkkiz manat, on iki qəpik) manat dövlət rüsumu və bank xidməti haqqının əvəzi alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar