Məhkəmə qərarları › İş №e-2(014)-1083/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1083/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1083/2025 05.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1xx.xx.2022-ci il tarixli, TL-EE000517054 saylı kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu – 583.63 manat əsas borc, 132.62 manat faiz borcu olmaqla, cəmi 716.25 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TLEE000517054 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya elektron təsdiq vasitəsilə (OTP kod) 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 1300 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ağdaş rayon Notariat ofisi tərəfindən verilən məlumata əsasən mərhum X4 vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılmış, vərəsələr Cavabdeh2 və Cavabdeh1 mirası qəbul etmiş və vərəsəlik şəhadətnamələr verilmişdir. Miras əmlakı Ağdaş rayon X7 Hüquqi Şəxsin məktubuna əsasən 2418.11 manat pul vəsaitindən ibarətdir. Maliyyə arayışına əsasən, X4 xx.xx.2022-ci il tarixli, TL-EE000517054 saylı kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu – 583.63 manat əsas borc, 132.62 manat faiz borcu olmaqla, cəmi 716.25 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh2 və Zakirov X3 Şəfəq Qulu qızının vərəsələri kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcun qaytarılması haqqında tərəflərindən bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 716.25 manat olduğundan, tərəflərindən 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq, icraatınızda iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi baxılması üçün məhkəmənin icraatındadır. Həmin mülki iş üzrə məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixinə təyin edilmişdir. Qeyd edilən məhkəmə baxış iclasını nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı nümayəndəsinin ərizəsini nəzərə alıb, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" ASC ilə X1 arasında bağlanmış xx.xx.2022ci il tarixli, TLEE000517054 nömrəli kredit müqaviləsinə əsasən X6 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 1300 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X4 banka 583.63 manat əsas borc, 132.62 manat faiz borcu olmaqla, cəmi 716.25 manat borcu qalmışdır. İş materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən təqdim 03 fevral 2024cü il tarixli 2V-228 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 23 may 2023-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan ½ hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Ağdaş Rayon Mərkəzi X8 şəxsin xx.xx.2024-cü il tarixli 18-1-22/2-47/2024 nömrəli məktubuna əsasən vərəsələrinə ödənilməli olan ümumilikdə 2418.11 manat pul vəsaitindən ibarətdir. İş materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən təqdim 03 fevral 2024cü il tarixli 2V-227 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 23 may 2023-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan ½ hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Ağdaş Rayon X7 Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-22/2-47/2024 nömrəli məktubuna əsasən vərəsələrinə ödənilməli olan ümumilikdə 2418.11 manat pul vəsaitindən ibarətdir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 11 mart 2025-ci il tarixli bildirişin surətindən görünür ki, X4 vərəsələri Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış öhdəliyi 3 gün müddətində tam şəkildə yerinə yetirmədikləri təqdirdə tərəflərindən məhkəməyə müraciət ediləcəyi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər hüquqi tədbirlər görüləcəyi bildirilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 101.97 (yüz bir manat doxsan yeddi) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" ASC ilə X10 (bundan sonra “Borcalan” adlandırılacaq) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TLEE000517054 saylı X14 müqaviləsinə (bundan sonra “Kredit xətti müqaviləsi” adlandırılacaq) əsasən Borcalana 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 1300 manat məbləğində kredit verilmişdir. Qeyd edilən Müqavilənin şərtlərinə əsasən Borcalan həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada kredit məbləğlərini qaytarmağı və onlardan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borcalan 23 may 2023-cü il tarixində vəfat etdiyindən Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Ağdaş rayon Notariat Ofisinin cavab məktubuna əsasən məlum olmuşdur ki, həmin Notariat Ofisi tərəfindən X4 miras əmlakına dair onun vərəsələri Cavabdeh2 və Cavabdeh1 ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. Bank tərəfindən Borcalanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsində xx.xx.2025-ci il tarixli maliyyə arayışlarına əsasən X4 Kredit müqaviləsi üzrə Banka ödənilməmiş 583.63 manat əsas borc, 132.62 manat faiz borcu olmaqla, cəmi 716.25 manat borcu qalmışdır. Cavabdehlər - X2 qalmış mirası qəbul etməsinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Təqdim edilmiş sübutlardan və 2V-227 saylı 3 fevral 2024-cü il tarixli, 2V-228 saylı 3 fevral 2024-cü il tarixli şəhadətnamələrdən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mərhum X4 birinci növbədə vərəsəsi olmaqla qanunvericilikdə nəzərdə tutulmuş müddətdə notariusa müraciət edərək mirası qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151-ci maddəsinə uyğun olraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək ilk olduğu əmlak hüquqularının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq isliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə vərəsələr ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığı götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.1.-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafeylərini alınmış aktivdə özlərində hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qanunun mənasından göründüyü kimi hazırkı iş üzrə cavabdeh X10 vəfat etdiyindən, iddiaçı ilə kredit müqaviləsi bağlamış mərhum X4 vərəsələri kimi Cavabdeh2 və Cavabdeh1 kreditor qarşısında müqavilə üzrə öhdəliklərin icrası üzrə borcludur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, X4 vərəsələri Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada kredit xətti üzrə 583.63 manat əsas borc, 132.62 manat faiz borcu olmaqla, cəmi 716.25 (yeddi yüz on altı manat iyirmi beş qəpik) manat kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. X4 vərəsələri Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada kredit müqaviləsi üzrə 583.63 manat əsas borc, 132.62 manat faiz borcu olmaqla, cəmi 716.25 (yeddi yüz on altı manat iyirmi beş qəpik) manat kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar