Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1093/2023 02.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu İddiaçı BOKT QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikasının Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamənən icrasını ilə əlaqədar olaraq, "xxxx" Açıq Səhimdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında "xxxx" Qapalı Səmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına (bundan sonra Aqrarkredit QSC) keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı Cavabdeh2 "xxxx" ASC-yə olan müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 17 avqust 2017-ci il tarixli, S-FK-D-43 saylı təhvil-təslim aktı əsasında "xxxx" QSC-yə təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə "xxxx" ASC-yə cəmi 8555.52 manat, əsas borcu 6828.52 manat; faiz borcu 1727 manat məbləğində borcu olmuşdur. Belə ki, "xxxx" QSC-nin Ucar filialı ilə Cavabdeh2 arasında 07 yanvar 2021-ci il tarixli 16TA saylı "Fiziki şəxslərin vaxı keçmiş kredit borcunun Restruktruzasiya Müqaviləsi" bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 5 il müddətinə 6828.52 (altı min səkkiz yüz iyirmi səkkiz manat, əlli iki qəpik) manat məbləğində vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixə illik 1% hesablamaqla ödəniş qrafiki əsasında 5 il müddətində "xxxx" QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərini icrasının təminatı kimi bağlanmış 07 yanvar 2021-ci il tarixli 16TA saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 zamin durmuşdur. Kredit müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsinə görə Borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 tərəfindən əməl olunmamış, kredit və ona hesablanmış faizlər gecikdirilmişdir. Bununlada cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh2 iddiaçı "xxxx" QSC-yə 4583.61 manat əsas, 27.63 manat faiz borcu olmaqla, cəmi borcu 4611.24 (dörd min altı yüz on bir manat, iyirmi dörd qəpik) təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (zamin) dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilənin tələblərini və vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. Eyni zamanda, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı BOKT QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC BOKT ilə Cavabdeh2 arasında 07 yanvar 2021-ci il tarixli 16TA saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiyası Müqaviləsi”nə əsasən bank Cavabdeh2 6828.52 (alt min səkkiz yüz iyirmi səkkiz manat, əlli iki qəpik) manat vaxtı keçmiş borcunu müqavilə imzalandığı tarixdən illik 1 (bir) % faiz hesablanmaqla ödəniş qrafiki əsasında 60 ay müddəytinəİddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan İddiaçı QSC BOKT tərəfindən verilmiş 07 yanvar 2021-ci il tarixli 16TA saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı QSC BOKT ilə Cavabdeh2 arasında bağlanmış 07 yanvar 2021-ci il tarixli 16TA saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiyası Müqaviləsi”nə əsasən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri və nəzərdə tutulan digər ödənişləri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı BOKT QSC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X1 banka əsas borc üzrə 4583.61 (dörd min beş yüz səksən üç manat, altmış bir qəpik) manat, faiz borcu üzrə 27.63 (iyirmi yeddi manat, altmış üç qəpik) manat, cəmi 4611.24 (dörd min altı yüz on bir manat, iyirmi dörd qəpik) manat məbləğində borcu qalmışdır. İş materiallarında olan İddiaçı QSC BOKT tərəfindən Cavabdeh2 göndərilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, QSC borcalana 07 yanvar 2021-ci il tarixli 16TA saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiyası Müqaviləsi”nə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. İşin materiallarında olan İddiaçı QSC BOKT tərəfindən Cavabdeh2 və Cavabdeh1 göndərilmiş xx.xx.2022-ci il tarixli bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, İddiaçı QSC BOKT borcalanlara 07 yanvar 2021-ci il tarixli 16TA saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiyası Müqaviləsi”nə əsasən üzərlərinə götürdükləri öhdəlikləri icra etmədikləri üçün onlara xəbərdarlıq etmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı QSC BOKT Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 66.12 (altmış manat, on iki qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı QSC BOKT ilə Cavabdeh2 arasında 07 yanvar 2021-ci il tarixli 16TA saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiyası Müqaviləsi”nə əsasən bank Ş.Manfova 6828.52 (altı min səkkiz yüz iyirmi səkkiz manat, əlli iki qəpik) manat vaxtı keçmiş borcunu müqavilə imzalandığı tarixdən illik 1 (bir) % faiz hesablanmaqla ödəniş qrafiki əsasında 60 ay müddətinə İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüş, Cavabdeh1 İddiaçı QSC BOKT ilə Cavabdeh2 arasında bağlanmış 07 yanvar 2021-ci il tarixli 16TA saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiyası Müqaviləsi”nə əsasən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri və nəzərdə tutulan digər ödənişləri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 QSC tərəfindən xəbərdarlıq edilmələrinə baxmayaraq, müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların QSC-yə ümumilikdə 4611.24 (dörd min altı yüz on bir manat, iyirmi dörd qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4583.61 (dörd min beş yüz səksən üç manat, altmış bir qəpik) manat əsas borc, 27.63 (iyirmi yeddi manat, altmış üç qəpik) manat faiz borcu, cəmi 4611.24 (dörd min altı yüz on bir manat, iyirmi dörd qəpik) manat pul məbləği və ödənilmiş 66.12 (altmış altı manat, on iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yəverilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4583.61 (dörd min beş yüz səksən üç manat, altmış bir qəpik) manat əsas borc, 27.63 (iyirmi yeddi manat, altmış üç qəpik) manat faiz borcu, cəmi 4611.24 (dörd min altı yüz on bir manat, iyirmi dörd qəpik) manat pul məbləği və ödənilmiş 66.12 (altmış altı manat, on iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-1093/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1093/2023
02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver