Məhkəmə qərarları › İş №e-2(014)-1094/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1094/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1094/2024 22.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X3 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "Kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "Kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6485,63 manat əsas borc, 2832,49 manat faiz borcu və 0,01 manat cərimə borcu olmaqla, cəmi 9318,13 (doqquz min üç yüz on səkkiz manat, on üç qəpik) manat məbləğində kredit borcu, 113,19 (bir yüz on üç manat, on doqquz qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti haqqının əvəzinin alınraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********28 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə kreditdən istifadəyə görə illik 21 faiz ödənilməsi şərti ilə 9800 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, BPM**********28 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2.1-ci yarımbəndinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədikdə, həmin öhdəliklərin tam şəkildə icrasını, o cümlədən belə icra edilməmə nəticəsində banka dəymiş zərərin əvəzinin və hesablanmış penyanın ödənilməsini bankın zamindən tələb etmək hüququ vardır. Bank tərəfindən cavabdehlərə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən üzərlərinə düşən öhdəliklər icra edilməmişdir. xx.xx.2024-cü il tarixə borcalan Cavabdeh1 banka əsas borc üzrə 6485,63 manat, faiz borcu üzrə 2832,49 manat borcu və 0,01 manat cərimə faizi olmaqla, cəmi 9318,13 (doqquz min üç yüz on səkkiz dörd manat 13 qəpik) manat məbləğində kredit borcu qalmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia əriəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, iddianı qəbul edir. Belə ki, müəyyən maddi sıxıntıları olduğundan kredit borcundan ödənişlər etməmiş, buna görə də hər ay onun əmək haqqısından "xxxx" ASC-nin xeyrinə müəyyən məbləğdə vəsait tutulur. Yenə də borcu ödəməkdən yayınmır. Lakin tələb olunan borcun digər cavabdeh, yəni zamin Cavabdeh2 tutulmasını istəmir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, iddianı qəbul edir, ərizədə qeyd olunan məbləğlərlə razıdır və iddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, BPM**********28 nömrəli kresit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********28 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 48 ay müddətinə, illik 21 % hesablanmaqla, 9800 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli, BPM**********28 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********28 nömrəli kredit müqaviləsinə əsasən borcalan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda alınmış krediti, hesablanmış faizləri ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********28 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2024-cü il tarixə 6485,63 manat əsas borc, 2832,49 manat faiz borcu və 0,01 manat cərimə borcu olmaqla, cəmi borc 9318,13 (doqquz min üç yüz on səkkiz manat, on üç qəpik) manat təşkil edir. "xxxx" ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, "xxxx" ASC borcalanlara xx.xx.2020-ci il tarixli, BPM**********28 nömrəli kredit müqaviləsinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri icra etmədikləri üçün onlara xəbərdarlıq etmişdir. Mədaxil qəbzindən görünür ki, "xxxx" ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 113,59 (bir yüz on üç manat, əlli doqquz qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********28 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 48 ay müddətinə, illik 21 % hesablanmaqla, 9800 manat məbləğində kredit verilmiş, kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh2 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmış, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixə ümumilikdə 9318,13 (doqquz min üç yüz on səkkiz manat, on üç 13 qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6485,63 manat əsas borc, 2832,49 manat faiz borcu və 0.01 manat cərimə borcu olmaqla, cəmi 9318,13 (doqquz min üç yüz on səkkiz manat, on üç qəpik) manat məbləğində borc, 113,19 (bir yüz on üç manat, on doqquz qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti haqqının əvəzi alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6485,63 manat əsas borc, 2832,49 manat faiz borcu və 0.01 manat cərimə borcu olmaqla, cəmi 9318,13 (doqquz min üç yüz on səkkiz manat, on üç qəpik) manat məbləğində borc, 113,19 (bir yüz on üç manat, on doqquz qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti haqqının əvəzi alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar