Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-111/2025 08.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi zərər olan 4085 (dörd min səksən beş) manat və 61 (altmış bir) manat ödənilmiş dövlət rüsumunun, cəmi 4146 (dörd min yüz qırx altı) manat pulun Cavabdehdan alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixində saat 20:36 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı, **-OT-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi ilə hərəkətdə olarkən Vaqif küçəsinin kəsişməsində “keçmək qadağandır” üstünlük yol nişanının tələblərinə riayət etmədiyi üçün Vaqif küçəsində hərəkətdə olan X3 etibarnamə əsasında idarə etdiyi “Hyundai İ30” markalı **-OZ-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşması nəticəsində “Hyundai İ30” markalı **-OZ-*** dövlət nömrə nişanlı avtomobildə arxa sol tərəfdə əyləşən X2 yüngül bədən xəsarəti almasına səbəb olmuş yol nəqliyyat hadisəsini törətmişdir. 27 iyun 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması üçün toplanmış material Nəsimi RPİ DYPŞ-si vasitəsilə Nəsimi rayon Məhkəməsinə göndərilməsi müəyyən edilmişdir (qərarın surəti əlavə olunur). Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi əsasında İXP ******* saylı protokol tərtib edilmişdir. Həmin protokola əsasən tətbiq edilmiş 300 (üç yüz) manat cərimə 04 sentyabr 2024-cü il tarixində ödənilmişdir (qəbz əlavə olunur). “Toyota Prius” markalı, **-OT-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi olaraq 21 fevral 2024-cü il tarixində 6 ay müddətinə Cavabdeh nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamə vermişdir. (etibarnamənin surəti əlavə olunur). İş materiallarına əlavə edilmiş “Renault” Servis Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli RS2400789 saylı qüsur aktına əsasən ona məxsus “Toyota Prius” markalı, **-OT-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi zərərin yekun məbləği 4085 (dörd min səksən beş) manat məbləğində müəyyən edilmişdir. Hadisəni törədən hazırki iş üzrə Cavabdeh ona dəymiş zərərin ödənilməsini dəfələrlə tələb etsə də, tələblərinə məhəl qoymamışdır. Aşağıda göstərilənlərə əsasən ona dəymiş ziyan olan 4085 (dörd min səksən beş) manat və ödənilmiş 61 (altmış bir) manat ödənilmiş dövlət rüsumunun hazırki iş üzrə Cavabdeh alınaraq ona ödənilməlidir. İş üzrə toplanmış materiallar və işin faktiki əsaslarından da göründüyü kimi, Cavabdeh xx.xx.2024-cü il tarixində saat 20:36 radələrində etibarnamə ilə idarə etdiyi Toyota Prius markalı, **-OT-*** dövlət nömrə nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsini törətmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi əsasında İXP ******* saylı protokol tərtib edilmişdir. “Toyota Prius” markalı, **-OT-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi zərər olan 4085 (dörd min səksən beş) manatı pul məbləğini hazırki iş üzrə Cavabdeh tələb etsə də pulun ödənilməsini təmin etməmişdir. Ona görə də cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Cavabdeh məhkəmə iclasına 15 noyabr 2024-cü il tarixdə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçı Məhərov Mähman Rasim oğlu tərəfindən verilən iddia ərizəsi ilə razı deyil və heç bir sübuta əsaslanmadığına görə qanuna zidd və əsassız hesab edilməlidir. Etirazının əsasları kimi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hesab edir ki, bu işin aşağıda qeyd edilən faktiki tərəflərindən və eyni zamanda qanunvericiliyin müvafiq normalarını nəzərə alaraq baxılan iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi zərurəti var. Qeyd edir ki, iddiaçının tələb etdiyi maddi ziyan, xüsusilə də nəqliyyat vasitəsinin təmir xərci kimi hesablanmış 4085 manat həddindən artıq şişirdilmiş rəqəmdir. Həmin maşının elə bazar qiyməti təxminən 8000-8500 manat civarındadır. İddiaçının Bakı şəhərindən yerləşən “Renault” Servis Mərkəzindən aldığı Aktla şişirdilmiş qiymətlər müəyyən etməsi işin mahiyyətinə heç bir təsir etmir, əksinə iddiaçı onun hesabına əsassız varlanmağa cəhd edir. Xüsusilə vurğulayır ki, yol-nəqliyyat hadisəsindən sonra iddiaçı sığortadan da pul almışdır. Mübahisə predmeti olan **-OT-*** nömrəli Toyota Prius markalı nəqliyyat vasitəsi hal-hazırda işlək vəziyyətdədir və istifadə olunur. Bu işdə kifayət qədər mübahisəli və şübhə doğuran məqamlar var və bütün bu hallar baxılan işin obyektiv və ədalətli həllinə mane olur. Məhkəmə isə bu halları nəzərə almalıdır. Bu işə yalnız bir tərəfin “özünə sərf edən” şəkildə tərtib etdiyi iddia ərizəsi əsasında baxılması düzgün deyil. Baxılan işlə bağlı mövcud mübahisəli halların müəyyən edilməsi üçün məhkəmə- mühasibatlıq ekspertizası təyin edilməlidir. Beləliklə, o, bu iddia tələbi ilə qətiyyən razı deyil və hesab edir ki, iddia tələbi ziddiyyətli və qərəzlidir və bu iş üzrə bunun üçün AR Ədliyyə Nazirliyinin əmtəəşünaslıq ekspertizası təyin edilməlidir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, ekspert rəyi ilə razıdır, iddia tələbinin təmin edilərək Cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində onun tərəfindən iddiaçıya dəymiş 4085 (dörd min səksən beş) manat və 61 (altmış bir) manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, həqiqətəndə avtomibilə ziyan vurmuşdur, lakin həmin ziyanın məbləği şişirdilmişdir. Özü avtomobili ustaya göstərən zaman usta ona, avtomobilə 1500-2000 manat məbləğində ziyan dəydiyini bildirmişdir. Hazırda ekspert rəyi ilə razı deyildir. Buna görə də iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan “Renault” Servis Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli RS2400789 saylı qüsur aktından görünür ki, iddiaçıya məxsus “Toyota Prius” markalı, **-OT-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi zərərin yekun məbləği 4085 (dörd min səksən beş) manat məbləğində müəyyən edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Polis şöbəsi tərəfindən verilmiş 27 iyun 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması üçün toplanmış material Nəsimi RPİ DYPŞ-si vasitəsilə Nəsimi rayon Məhkəməsinə göndərilməsi qərar verilmişdir. İşin materiallarında olan “Mobil notariat” tətbiqi vasitəsilə elektron qaydada rəsmiləşdirilmiş nəqliyyat vasitəsindən istifadıə edilməsinə dair 21 fevral 2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən “Toyota Prius” markalı, **-OT-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh etibar edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, İddiaçı "xxxx" MMC-də bölmə rəhbəri korporativ fəaliyyətin planlaşdırılması vəzifəsində çalışaraq 510 manat məbləğində əmək haqqı alır. İşin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 mart 2025-ci il tarixli 3-16-16/2-9/316/2025 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, mərkəzə qərardadla birlikdə təqdim edilmiş “Renault” Servis tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2007-ci il buraxılışlı mühərrik həcmi 1497 sm3, “Toyota Prius”markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2860 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti-1950 manat, təmir-bərpa işlərinin qiyməti-910 manat. Ekspertiza təyini haqqında qərardadda qeyd edilən 2007-ci il buraxılışlı mühərrik həcmi 1497 sm3, “Toyota Prius”markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 11500 manat müəyyən olunur. 2007-ci il buraxılışlı mühərrik həcmi 1497 sm3, “Toyota Prius”markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəzadan sonrakı vəziyyətdə qiymətinə və satışına dair məlumat olmadığındam, həmin avtomobilin qiymətini müəyyən etmək mümkün olmadı. İşin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş Ekspert Rəyinə dair Bildirişdən görünür ki, aparılmış təhqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh xx.xx.2024-cü il tarixində saat 20:36 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı, **-OT- *** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi ilə hərəkətdə olarkən Vaqif küçəsinin kəsişməsində “keçmək qadağandır” üstünlük yol nişanının tələblərinə riayət etmədiyi üçün Vaqif küçəsində hərəkətdə olan X3 etibarnamə əsasında idarə etdiyi “Hyundai İ30” markalı **-OZ-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşması nəticəsində “Hyundai İ30” markalı **-OZ-*** dövlət nömrə nişanlı avtomobildə arxa sol tərəfdə əyləşən X2 yüngül bədən xəsarəti almasına səbəb olmuş yol nəqliyyat hadisəsini törətmişdir. 27 iyun 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması üçün toplanmış material Nəsimi RPİ DYPŞ-si vasitəsilə Nəsimi rayon Məhkəməsinə göndərilməsi müəyyən edilmişdir (qərarın surəti əlavə olunur). Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi əsasında İXP ******* saylı protokol tərtib edilmişdir. Həmin protokola əsasən tətbiq edilmiş 300 (üç yüz) manat cərimə 04 sentyabr 2024-cü il tarixində ödənilmişdir (qəbz əlavə olunur). “Toyota Prius” markalı, **-OT-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi olaraq 21 fevral 2024-cü il tarixində 6 ay müddətinə Cavabdeh nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamə vermişdir. (etibarnamənin surəti əlavə olunur). İş materiallarına əlavə edilmiş “Renault” Servis Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli RS2400789 saylı qüsur aktına əsasən ona məxsus “Toyota Prius” markalı, **-OT-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi zərərin yekun məbləği 4085 (dörd min səksən beş) manat məbləğində müəyyən edilmişdir. Hazırda İddiaçı Cavabdeh onun xeyrinə 4085 (dörd min səksən beş) manat və 61 (altmış bir) manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2025-ci il tarixli 3-16-16/2- 9/316/2025 saylı rəyindən məlum olur ki, 2007-ci il buraxılışlı mühərrik həcmi 1497 sm3, “Toyota Prius”markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2860 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 2860 (iki min səkkiz yüz altmış) manat məbləğində dəymiş ziyan və 48,60 (qırx səkkiz manat, altmış qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 2860 (iki min səkkiz yüz altmış) manat məbləğində dəymiş ziyan və 48,60 (qırx səkkiz manat, altmış qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-111/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-111/2025
08.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver