Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1126/2025 16.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X1 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 684,07 (altı yüz səksən dörd ABŞ dolları yeddi sent) ABŞ dolları əsas, 221,98 (iki yüz iyirmi bir ABŞ dolları doxsan səkkiz sent) ABŞ dolları faiz, 1.054,45 (bir min əlli dörd ABŞ dolları qırx beş sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 102,30 (bir yüz iki ABŞ dolları otuz sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 55,07 (əlli beş manat yeddi qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağdaş filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı 19 yanvar 2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “dövriyyə və əsas vəsaitlər” məqsədi ilə 18 (on səkkiz) ay müddətinə illik 31 (otuz bir) faiz dərəcəsi ilə 3.100 (üç min bir yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit Borcalana “dövriyyə və əsas vəsaitləri” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh2” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir. (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Cavabdeh2 kredit verilərkən Cavabdeh1ilə Bank arasında 270006752/ZM saylı 19 yanvar 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. ********* saylı 19 yanvar 2015-ci il tarixli Kredit Müqaviləsinə 16 iyun 2015-ci il tarixdə 566 saylı Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 2.691,24 (iki min altı yüz doxsan bir ABŞ dolları iyirmi dörd sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti 24 ay təyin edilir. Əlavə Sazişə əsasən Cavabdeh1ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra ********* saylı 19 yanvar 2015-ci il tarixli Kredit Müqaviləsinə 27 aprel 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 2.953,06 (iki min doqquz yüz əlli üç ABŞ dolları altı sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 1.967,62 (bir min doqquz yüz altmış yeddi ABŞ dolları altmış iki sent) ABŞ dolları əsas borc, 802,82 (səkkiz yüz iki ABŞ dolları səksən iki sent) ABŞ dolları faiz borcu və 182,62 (bir yüz səksən iki ABŞ dolları altmış iki sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 27 aprel 2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-H-41-2717/2025 saylı, 17 fevral 2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Rəşad Tağıyev məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə ünvanlayaraq, iddia tələbi ilə bağlı iddia ərizəsi ilə tanış olmuşdur. Qeyd etmək istəyir ki, mübahisə predmeti olan müqavilə şərtləri belə olmuşdur. Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən kredit almışdır. Həmin müqavilə üzrə ona zamin durmuşam və bankla onun arasında zaminlik müqaviləsi bağlanılmışdır. Yəni müqavilənin müddəti 26 aprel 2022-ci il tarixdə bitmişdir. Göründüyü kimi iddiaçı, yəni LPO İddiaçı ASC-nin müqavilə müddəti bitdikdən 3 il sonra məhkəməyə müraciət etməklə 1 (bir) illik iddia müddətini buraxmışdır. Buna görə də hesab edir ki, 1 (bir) illik iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab etmiş və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh2 arasında bağlanmış ********* saylı, 19 yanvar 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 “dövriyyə və əsas vəsaitlər” məqsədi ilə 18 (on səkkiz) ay müddətinə illik 31 (otuz bir) faiz dərəcəsi ilə 3,100 (üç min bir yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 270006752/ZM saylı, 19 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin kreditorla borcalan arasında bağlanmış 270006752/ZM saylı, 19 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərlərinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı, 19 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə 16 iyun 2015-ci il tarixli, 566 nömrəli Əlavə sazişdən görünür ki, Kreditin qalıq məbləği 2691,24 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 24 ay uzadılaraq, 16 iyun 2017-ci il tarixə kimi müəyyənləşdirilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı, 19 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsinə 16 iyun 2015-ci il tarixli, 566 nömrəli Əlavə sazişdən görünür ki, Kreditin qalıq məbləği 2691,24 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 24 ay uzadılaraq, 16 iyun 2017-ci il tarixə kimi müəyyənləşdirilmişdir. Zamin kreditorla borcalan arasında bağlanmış ********* saylı, 19 yanvar 2015-ci il tarixli kredit müqaviləsi və həmin kredit müqaviləsinə 16 iyun 2015-ci il tarixli, 566 nömrəli Əlavə saziş üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərlərinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 27 aprel 2017ci il tarixli bağlanmış ********* saylı, 19 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 02 saylı Əlavə Sazişlərdən görünür ki, Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 2.953,06 (iki min doqquz yüz əlli üç ABŞ dolları altı sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 1.967,62 (bir min doqquz yüz altmış yeddi ABŞ dolları altmış iki sent) ABŞ dolları əsas borc, 802,82 (səkkiz yüz iki ABŞ dolları səksən iki sent) ABŞ dolları faiz borcu və 182,62 (bir yüz səksən iki ABŞ dolları altmış iki sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 27 aprel 2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Restrukturizasiyə edilmiş kreditin müddəti 27 aprel 2022-ci il tarixədək təşkil edir. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 17 fevral 2025-ci il tarixli, 12-5/2-H-23-2711/2025 maliyyə arayışından görünür ki, Cavabdeh2 684,07 (altı yüz səksən dörd ABŞ dolları yeddi sent) ABŞ dolları əsas, 221,98 (iki yüz iyirmi bir ABŞ dolları doxsan səkkiz sent) ABŞ dolları faiz, 1.054,45 (bir min əlli dörd ABŞ dolları qırx beş sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 102,30 (bir yüz iki ABŞ dolları otuz sent) ABŞ dolları təşkil edir. Mədaxil qəbzindən görünür ki, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 55,07 (əlli beş manat yeddi qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh2 arasında bağlanmış ********* saylı, 19 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 “dövriyyə və əsas vəsaitlər” məqsədi ilə 18 (on səkkiz) ay müddətinə illik 31 (otuz bir) faiz dərəcəsi ilə 3,100 (üç min bir yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 270006752/ZM saylı, 19 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin kreditorla borcalan arasında bağlanmış 270006752/ZM saylı, 19 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərlərinə götürmüşdür. Bundan başqa İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı, 19 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə 16 iyun 2015-ci il tarixli, 566 nömrəli Əlavə sazişə əsasən Kreditin qalıq məbləği 2691,24 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 24 ay uzadılaraq, 16 iyun 2017-ci il tarixə kimi müəyyənləşdirilmişdir. Eyni zamnda İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı, 19 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsinə 16 iyun 2015-ci il tarixli, 566 nömrəli Əlavə sazişə əsasən Kreditin qalıq məbləği 2691,24 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 24 ay uzadılaraq, 16 iyun 2017-ci il tarixə kimi müəyyənləşdirilmişdir. Zamin kreditorla borcalan arasında bağlanmış ********* saylı, 19 yanvar 2015-ci il tarixli kredit müqaviləsi və həmin kredit müqaviləsinə 16 iyun 2015-ci il tarixli, 566 nömrəli Əlavə saziş üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərlərinə götürmüşdür. Həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 27 aprel 2017-ci il tarixli bağlanmış ********* saylı, 19 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 02 saylı Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 2.953,06 (iki min doqquz yüz əlli üç ABŞ dolları altı sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 1.967,62 (bir min doqquz yüz altmış yeddi ABŞ dolları altmış iki sent) ABŞ dolları əsas borc, 802,82 (səkkiz yüz iki ABŞ dolları səksən iki sent) ABŞ dolları faiz borcu və 182,62 (bir yüz səksən iki ABŞ dolları altmış iki sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 27 aprel 2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Restrukturizasiyə edilmiş kreditin müddəti 27 aprel 2022-ci il tarixədək təşkil edir. Borclular yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərlərinə götürmüşdür. Borclular müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri vaxtında icra etmədikləri üçün onların Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə cavabdehlərin 684,07 (altı yüz səksən dörd ABŞ dolları yeddi sent) ABŞ dolları əsas, 221,98 (iki yüz iyirmi bir ABŞ dolları doxsan səkkiz sent) ABŞ dolları faiz, 1.054,45 (bir min əlli dörd ABŞ dolları qırx beş sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 102,30 (bir yüz iki ABŞ dolları otuz sent) ABŞ dolları təşkil edir. Hazırda Bank cavabdehlərdən həmin borcun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə (müqavilə bağlandığı dövürdə qüvvədə olan) əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə (müqavilə bağlandığı dövürdə qüvvədə olan) əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739-cu maddəsinə (müqavilə bağlandığı dövürdə qüvvədə olan) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan əlavə, Məhkəmə hesab edir ki, zaminliyə xitam verildiyindən cavabdeh zamin bank qarşısında heç bir məsuliyyət daşımır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədiyindən, zaminliyin müddəti əsas öhdəliyin icrası vaxtının çatdığı gündən hesablanmalıdır. Əsas öhdəliyin icrası vaxtı isə 27 aprel 2022-ci ildir. Beləliklə, əsas öhdəliyin icrası vaxtından məhkəməyə müraciət olunan vaxtadək artıq 3 ilə yaxın müddət keçmiş və zaminliyə xitam verilmişdir. Qeyd olunmalıdır ki, zaminlik müqaviləsinin 4.1-ci bəndi zaminliyin verilmə müddəti kimi qəbul edilə bilməz. Həmin bənddə göstərilmişdir ki, bu müqavilə kredit verənin tələblərinin tam şəkildə ödənildiyi vaxta qədər qüvvədə olacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə müvafiq olaraq müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Maddənin məzmunundan göründüyü kimi müddət 3 qaydada müəyyənləşdirilə bilər: - dəqiq təqvim tarixi ilə; - illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə; - hökmən baş verməli olan hadisənin göstərilməsi ilə. Zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndində müddət, öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə uyğun deyildir. Belə ki, öhdəliklərin tam icra olunması hökmən baş verməli olan hadisə kimi qiymətləndirilə bilməz. Hökmən baş verməli olan hadisənin göstərilməsi yolu ilə müddətin müəyyən olunmasının xüsusiyyəti ondan ibarətdir ki, mülki hüquq münasibətlərinin iştirakçıları belə müddətin çatmasının dəqiq tarixini qabaqcadan bilmirlər. Ümumiyyətlə, müddətlərin çatması (bitməsi) obyektiv xarakter daşıyır, yəni mülki hüquq subyektlərinin iradəsindən asılı deyildir. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır və mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitamına gətirib çıxara bilən hüquqi fakt (hərəkət) kimi qiymətləndirilməlidir. Ona görə də müddətlər öhdəliyin icra edilib-edilməməsi ilə müəyyən oluna bilməz. Bundan başqa, zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndi hüquqi müəyyənlik prinsipinə zidd müddəa kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulu deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə, işin hallarını, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri, nəzərə alır və iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiasının 1054,45 (bir min əlli dörd ABŞ dolları qırx beş sent) ABŞ dolları məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, faiz təyin edilərkən tənasüblük qorunmamışdır. Fazi borcunun azaldılması mümkün olmadığından kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 100 (bir yüz) ABŞ dolları məbləğində pul tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 684,07 (altı yüz səksən dörd ABŞ dolları yeddi sent) ABŞ dolları əsas, 221,98 (iki yüz iyirmi bir ABŞ dolları doxsan səkkiz sent) ABŞ dolları faiz, 100 (bir yüz) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 102,30 (bir yüz iki ABŞ dolları otuz sent) ABŞ dolları olmaqla cəmi 1108,35 (bir min bir yüz səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dolları (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) və iş üzrə ödənilmiş 38,85 (otuz səkkiz manat səksən beş qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 684,07 (altı yüz səksən dörd ABŞ dolları yeddi sent) ABŞ dolları əsas, 221,98 (iki yüz iyirmi bir ABŞ dolları doxsan səkkiz sent) ABŞ dolları faiz, 100 (bir yüz) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 102,30 (bir yüz iki ABŞ dolları otuz sent) ABŞ dolları olmaqla cəmi 1108,35 (bir min bir yüz səkkiz ABŞ dolları otuz beş sent) ABŞ dolları (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) və iş üzrə ödənilmiş 38,85 (otuz səkkiz manat səksən beş qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №e-2(014)-1126/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1126/2025
16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver