Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1133/2025 31.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi ilə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 18210 (on səkkiz min iki yüz on) manat 73 (yetmiş üç) qəpik, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 95 (doxsan beş) AZNməbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixliəmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə administrator vəzifəsinə işə qəbul olunmuş və “X10” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixdə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin “Nizami 2” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə 18878 manat 36 qəpik zərər vurması müəyyən edilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 18210 (on səkkiz min iki yüz on) manat 73 (yetmiş üç) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 18210 (on səkkiz min iki yüz on) manat 73 (yetmiş üç) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və tam maddiməsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh mağaza müdiri olduğu zaman 18500 manat çatışmamazlıq olmuşdur. Sayım aparılan zaman kameralar açıq olmuşdur. Cavabdeh tərəfindən vurulmuş ziyanın ödənilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: 19 dekabr 2024-cü il İddiaçı MMC-də çalışmış Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixində 18878.36 (on səkkiz min səkkiz yüz yetmiş səkkiz manat, otuz altı qəpik) manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləöi əskikgəlmələrə görə ümumi olaraq 18210.73 (on səkkiz yüz iki yüz on min manat, yetmiş üç qəpik) manat borcu qalmışdır. Beləliklə Cavabdeh 19 dekabr 2024-cü il tarixinə İddiaçı MMC-ə olan ümumi borcu 18210.73 (on səkkiz min iki yüz on manat, yetmiş üç qəpik) manat təşkil edir. xx.xx.2024-cü il tarixli, 636 nömrəli əmrdən görünür ki, İddiaçı MMC-nin xx.xx.2024cü il tarixlərində keçirilən inventarizasiya yoxlamasının sonunda administrator vəzifəsində çalışmış Cavabdeh aid aşkarlanan yekun nəticələrə “Təbii itki normaları” tətbiq edilməsi məqsədi ilə İddiaçı MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin “Təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator Cavabdeh tələb olunması, “Təbii itki norması” satış dövriyyəsinin 0.15% faizi müəyyən edilməsi, X4 və Ümumi İşlər şöbəsi bu əmrdən irəli gələn məsələlərin həll edilməsinin təmin edilməsinin təmin edilməsi əmr edilmişdir. xx.xx.2024-cü il tarixli, DN1130 saylı, Cavabdeh göndərilən xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC-də çalışdığı OBA-NİZAMİ 2 (704) mağazasında xx.xx.2024-cü il tarixdə İnventarizasiya yoxlaması (təhvil-təslim) aparılacaqdır. Maddi məsul şəxs kimi (təhvil verən) inventarizasiya prosesində iştirakınız mütləqdir. Xahiş olunur qeyd edilən tarixdə sayımda iştirak edəsiniz. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixli İmtina aktından görünür ki, “07” İyun 2023-cü il tarixli 167 nömrəli əmr ilə təyin olunmuş komissiyanın sədri: Maliyyə Direktoru: X6; Komissiyanın sədr müavini: Mühasibatlıq Department müdiri: X3; Satış Əməliyyatları direktoru: X5; İnventarizasiya şöbə müdiri – X1 ibarət heyətdə təyin edilmiş ünvan 1 ünvanında yerləşən OBA-Nizami 2 (704), həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh Miralı oğlunun iştirakı ilə xx.xx.2024-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi Məsul şəxs Cavabdeh inventarizasiyanın aparılması və nəticələrin araşdırılmasını üçün dəvət olunsa da, iştirak etməmiş və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (- 18878.36 manat) yaranamsı səbəbləri barədə izahat verməkdən imtina etmişdir. xx.xx.2024-cü il tarixli, DN 2275 saylı, Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, onun İddiaçı MMC-də işlədiyi dövrdə müxtəlif tarixlərdə fəaliyyəti yoxlanılmış və 18210.73 manat əskikgəlmə aşkar edilmişdir. Vəzifə təlimatına, eləcə də, İddiaçı MMC ilə bağlanmış olduğu maddi məsuliyyət müqaviləsinə əsasən işçi ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamansda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesablanması aparılmalıdır. xx.xx.2024-cü il tarixində Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh xx.xx.2024-cü ildən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli, Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən onu Satış Departmentinə satıcı-kassir vəzifəsinə işə qəbul etməsini xahiş etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında 23 avqust 2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh həmin tarixdən satıcı-kassir vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən Cəmiyyətində Administrator vəzifəsinə keçirilir. Əmək haqqı ştat cədvəlinə uyğun olaraq 390 manat təyin edilir. xx.xx.2023-cü il tarixli, Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən Administrator vəzifəsinə keçirilməyinə və əmək haqqının dəyişdirilməsinə etiraz etmir. 23 avqust 2023-cü il tarixli, 130/İQ saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh həmin tarixdən satıcı kassir vəzifəsinə təyin edilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən, 345 manat olmuşdur. 19 sentyabr 2023-cü il tarixli, 269 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh 19 sentyabr 2023-cü il tarixdən adminstrator vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən, 390 manat olmuşdur. 05 aprel 2024-cü il tarixli, 32-x saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərin birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir. 11 mart 2024-cü il tarixli aktivlər üzrə invertarlaşdırma haqqında aktdan görünür ki, İddiaçı MMC-nin mağazasında aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 11 mart 2024-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 18878.36 (on səkkiz min səkkiz yüz yetmiş səkkiz manat, otuz altı qəpik) manat məbləğində zərər vurması müəyyən edilmişdir. Bakı 20 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/20/2025-00238 saylı, xx.xx.2025-ci il tarixli X2 (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə İMS-də iştirak etmişdir. Cavabdeh İMS-də iştirak etməmişdir. İddiaçı MMC üçün 28 manat, poçt kargüzarlığın 10 manat ödənişi edilib. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixliəmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə administrator vəzifəsinə işə qəbul olunmuş və “X10” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixdə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin “Nizami 2” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə 18878 manat 36 qəpik zərər vurması müəyyən edilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 18210,73 (on səkkiz min iki yüz on manat, yetmiş üç qəpik) manat borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 18210,73 (on səkkiz min iki yüz on manat, yetmiş üç qəpik) manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həmAzərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və tam maddiməsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Hazırda iddiaçı həmin ziyanın ödənilməsini tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X10 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X2 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X2 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh maddi ziyana görə 18210,73 (on səkkiz min iki yüz on manat, yetmiş üç qəpik) manat, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 95 (doxsan beş) manat məbləğin tutularaq məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh maddi ziyana görə 18210,73 (on səkkiz min iki yüz on manat, yetmiş üç qəpik) manat, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-1133/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1133/2025
31.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver